Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası

Harvardda proqram keçib, 4 dil bilir. Prezident Administrasiyasından Qaradağa. Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
iç səhifə xəbər başlığı altı (mobil)_31
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
iç səhifə xəbər şəkil altı (mobil)_32

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Əliyev Natiq Oruc oğlu beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və şəhər idarəçiliyi sahələrində geniş peşəkar təcrübəyə malik, tarix üzrə fəlsəfə doktorudur.

O, 2007-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə həmin universitetdə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2015-ci ildə hüquq üzrə ikinci ali təhsil çərçivəsində magistratura pilləsini başa vurub.

Təhsil aldığı universitetdə pedaqoji fəaliyyətlə yanaşı, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının təsis olunmasında iştirak edib və idarəetmə heyətində təmsil olunub. Elmi-pedaqoji fəaliyyəti çərçivəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dərs deyib.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti Administrasiyasında müxtəlif vəzifələrdə, 2021-ci ildən isə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışıb.

Cənubi Koreyada Koreya İnkişaf İnstitutunda və Harvard Universitetinin Kennedi adına Dövlət İdarəçilik Məktəbində dövlət idarəçiliyi üzrə proqramlarından məzun olub. Lozanna Federal Politexnik Məktəbinin (EPFL) şəhər infrastrukturunun idarə edilməsi proqramını tamamlayıb.

İngilis, rus, alman və türk dillərini bilir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© "Qafqazinfo" 

Natiq Əliyev Natiq Oruc oğlu Əliyev Qaradağ Rayon İcra Hakimiyyəti Qaradağ icra başçısı yeni icra başçısı Prezident Administrasiyası MGIMO Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu Harvard Kennedy School Dövlət İdarəçilik Akademiyası Qaradağ rayonu İlham Əliyev 28 sentyabr 2026
28.09.2026 20:44
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar