Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
PMD Group “Great Place To Work®” sertifikatına layiq görülüb ®. Əməkdaş etimadı PMD-yə beynəlxalq sertifikat gətirdi. “PMD Group” iş mühiti üzrə qlobal qiymətləndirmədə yüksək nəticə göstərdi“PMD Group” MMC beynəlxalq səviyyədə tanınan və yaxşı iş mühiti üzrə qlobal etalon hesab olunan “Great Place to Work®” sertifikatına layiq görülmüşdür.
İş yeri mədəniyyətinin qiymətləndirilməsi sahəsində qlobal nüfuzlu təşkilat olan “Great Place To Work®” 30 illik araşdırma və məlumatlara əsaslanaraq iş yerlərinin ekspertizasını həyata keçirir və qurumlara bütün əməkdaşlar üçün ən yaxşı mühiti daim təkmilləşdirməyə dəstək olur.
Təşkilatın xüsusi platforması vasitəsi ilə hər bir əməkdaşın iş təcrübəsi beynəlxalq metodologiya və müstəqil araşdırma prinsipləri əsasında qiymətləndirilir. Yüksək nəticə göstərən iş yerləri “Great Place To Work®” sertifikatına layiq görülür.
PMD əməkdaşları arasında aparılan qiymətləndirmənin nəticəsində əməkdaşların təşkilata etimadı, iş mühitindən məmnunluğu, liderlik yanaşması, əməkdaşlıq mədəniyyəti və peşəkar inkişaf imkanları ilə bağlı rəyləri yüksək göstəriciyə malik olmuşdur. Beləliklə, PMD ümumi sorğu standartlarında gözləntiləri üstələyən nəticə əldə etməklə “Great Place to Work®” sertifikatına layiq görülüb.
Əldə olunan bu uğur ilk növbədə PMD əməkdaşlarının şirkətə olan etimadının, peşəkarlığının və ortaq dəyərlər ətrafında formalaşmış güclü korporativ mədəniyyətinin və şirkətin beynəlxalq standartlara uyğun korporativ idarəetmə yanaşmasının növbəti təsdiqidir.
PMD daşınmaz əmlakın inkişafı, tikintisi, əmlakın idarə olunması, istismar və əlaqəli biznes istiqamətlərində fəaliyyət göstərən şirkətlər qrupudur. PMD innovativ yanaşma, yüksək keyfiyyət standartları və dayanıqlı inkişaf prinsiplərinə əsaslanaraq ölkənin iqtisadi inkişafına və müasir şəhər mühitinin formalaşmasına töhfə verir.
İnsan kapitalına investisiya qoyuluşu, əməkdaşların inkişafı və rifahının təmin edilməsi PMD-nin strateji prioritetləri sırasında qalmağa davam edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
16 d. sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
13 d. əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
-
- 24 d. əvvəl
- 27 d. əvvəl
- 34 d. əvvəl
-
42 d. əvvəl
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
-
59 d. əvvəl
İnvestorlara 15% gəlirlilik təklif olunur – Yerləşdirmə oktyabrın 2-də
-
1 saat əvvəl
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
-
1 saat əvvəl
Müctəba Xamenei: Tezliklə Ərəb dənizi də "düşmən qüvvələri"ndən təmizlənəcək
-
1 saat əvvəl
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
-
1 saat əvvəl
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq ©
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
Ən çox oxunanlar
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
2026-cı ilin sonuna 10 restoran, hədəfdə isə 40 obyekt

























