Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda bank kreditləri qeyri-neft iqtisadiyyatından iki dəfə sürətlə artıb

AzVak-mobil_resmin_ustu_31
Azərbaycanda bank kreditləri qeyri-neft iqtisadiyyatından iki dəfə sürətlə artıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Kredit portfelinin illik artım tempi nominal qeyri-neft ÜDM-in artım tempini üstələməkdə davam edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bank sektorunun kredit portfeli 11.8% artaraq 31.8 mlrd. manata çatmışdır. Kredit portfelinin illik artım tempi nominal qeyri-neft ÜDM-in artım tempini (6.1%) üstələməkdə davam edir.

Marja.az xəbər verir ki, bu, 2026-cı ilin 1-ci yarısının sonuna olan məlumatlar əsasında hazırlanmış Maliyyə Sabitliyi Hesabatında bildirilir.

Qeyd edilib ki, kredit portfelinin artımı həm biznes, həm istehlak, həm də ipoteka portfeli üzrə baş verir. İlin əvvəli ilə müqayisədə biznes kreditləri 6.7% (1.1 mlrd. manat) artaraq 17.2 mlrd. manat, istehlak kreditləri 6% (563 mln. manat) artaraq 9.9 mlrd. manat, ipoteka portfeli isə 2.6% (121 mln. manat) artaraq 4.7 mlrd. manat olmuşdur.

Vuğrulanıb ki, istehlak portfelinin artım dinamikası diqqətdə saxlanılmaqdadır. Mərkəzi Bank tərəfindən həyata keçirilən makroprudensial siyasət əhalinin sağlam və məsuliyyətli borclanmasına əsaslanır. 2026-cı ilin birinci yarımilində istehlak portfelinin illik əsasda artım tempi 11.5% olmuşdur ki, bu da ötən dövrlər üzrə artım dinamikasından aşağıdır.

Mərkəzi Bank istehlak kreditləşməsinin dinamikası və əhalinin izafi borclanması üzrə qiymətləndirmələrini, bu istiqamətdə requlyativ çərçivənin daha da təkmilləşdirilməsi üzrə fəaliyyətini davam etdirir. 5 qat limitinin tətbiqi istehlak kredit kartlarının istifadə olunmamış hissəsində azalmaya səbəb olmuşdur. Mərkəzi Bank tərəfindən izafi borclanmanın qarşısının alınması məqsədi ilə aparılmış requlyativ təkmilləşdirmə (borcalanın kredit kartı onun vergidən sonrakı xalis gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılması) nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə kredit kartlarının istifadə olumuş hissəsi 179 mln.manat, istifadə olunmamış hissəsi 172 mln.manat azalmışdır. Son 1 ildə kredit kartlarının sayı 3.5% (74 min vahid) azalmışdır. Kredit kartlarının sayında və mövcud kredit kartlarının istifadə olunmamış hissəsində azalma əhalinin izafi borclanmasının qarşısını alaraq məsuliyyətli və sağlam borclanmanı şərtləndirmişdir.

İpoteka kreditləşməsində artım tendensiyası davam edir. 2026-cı ilin birinci yarımilində ipoteka portfeli 2.6% artaraq 4.72 mlrd. manat olmuşdur. 2025-ci ilin sonu ilə müqayisədə artım 121 mln. manat olmuşdur. Hazırda, dövlət hesabına verilmiş ipoteka kreditləri ümumi ipoteka portfelinin 57.6%-ni (2.72 mlrd. manat), bankların öz vəsaitləri hesabına verilmiş ipoteka məbləği isə portfelin 42.4%-ni (2 mlrd. manat) təşkil edir.

Biznes kreditləri üzrə artımın drayverləri tikinti, qeyri-istehsalat və xidmət sektorları olmuşdur. 2026-cı ilin birinci yarımilinə biznes portfeli yarımillik əsasda 6.7% (1.07 mlrd. manat) artaraq 17.18 mlrd. manata çatmışdır. Tikinti sahəsi üzrə 36% (620 mln. manat), qeyriistehsalat və xidmət sahəsi üzrə isə 16.2% (423 mln. manat) artım qeydə alınmışdır. Yarımil ərzində bankların qiymətli kağızlar portfelində azalma müşahidə edilmişdir.

2026-cı ilin birinci yarımilində ötən ilin sonu ilə müqayisədə bankların qiymətli kağızlar portfelinin həcmində 19.6% (1.9 mlrd. manat) azalma olmuşdur ki, bu da əsasən bankların balansında mövcud dövlət istiqrazlarının vaxtının bitməsi müqabilində Maliyyə Nazirliyinin yeni istiqrazlarının dövriyyəyə buraxılmaması ilə əlaqədar olmuşdur.

Azərbaycan Mərkəzi Bankı AMB Maliyyə Sabitliyi Hesabatı 2026 bank sektoru kredit portfeli biznes kreditləri istehlak kreditləri ipoteka kreditləri kredit kartlarına 5 qat limit əhalinin borclanması tikinti sektorunun kreditləşməsi qeyri-neft ÜDM dövlət istiqrazları bankların qiymətli kağızlar portfel
13.10.2026 17:58
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
ABB-yə depozit axını
ABB-yə depozit axını
13.10.2026 16:03
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19