970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi!

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 000 000 AZN-dir. İstiqrazların nominal dəyəri 100 AZN, valyutası Azərbaycan manatıdır. 

8-ci buraxılışın həcmi 5 000 000 AZN-dir. Bu istiqrazlar 12 ay müddətinə buraxılır, illik kupon dərəcəsi 8,5%-dir. 

9-cu buraxılışın həcmi 10 000 000 AZN-dir. Bu istiqrazlar 24 ay müddətinə buraxılır və illik kupon dərəcəsi 9%-dir. Emissiya faizli və təmin edilməmiş istiqrazlar kateqoriyasına aiddir.

Kupon ödənişləri aylıq əsasda həyata keçiriləcək. İstiqrazların yerləşdirilməsi abunə yazılışı üsulu ilə aparılacaq və abunə müddəti 2 təqvim həftəsi davam edəcək.

Emissiya üzrə anderrayter və market-meyker funksiyalarını “ABB İnvest” həyata keçirir.

ABB bu emissiya ilə kapital bazarında davamlı aktivliyini daha da gücləndirməyi, investorlara isə sabit gəlirlilik potensialına malik, əlçatan və etibarlı investisiya aləti təqdim etməyi hədəfləyir.

Qeyd edək ki, Bankın 2026-cı ilin iyul ayında həyata keçirdiyi əvvəlki istiqraz emissiyası da uğurla başa çatıb. Ümumi həcmi 5 milyon AZN olan buraxılış tam yerləşdirilib, bu da ABB istiqrazlarına olan yüksək marağın növbəti təsdiqidir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

27.10.2026 19:42
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19