Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Dollar alışında ailə üzvlərinə məhdudiyyət var? – Taleh Kazımov üçün SÜRPRİZ

Mərkəzi Bank dollar satışına qoyulan qaydaları yumşaltmağı planlaşdırmır. Taleh Kazımov: Dollar kifayət qədər çoxdur, istəyirik ki, alsınlar. Dollar almaqda çətinlik çəkənlərlə bağlı iddialara Mərkəzi Bankdan CAVAB.
AzVak-mobil_resmin_ustu_31
Dollar alışında ailə üzvlərinə məhdudiyyət var? – Taleh Kazımov üçün SÜRPRİZ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta mübadiləsi əməliyyatları ilə bağlı mövcud qaydaları yumşaltmağı və ya dəyişdirməyi planlaşdırmır.

Marja.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov 29 oktyabr 2026-cı il tarixində keçirilən mətbuat konfransında jurnalistin sualını cavablandırarkən bildirib.

Jurnalist nağd valyuta bazarında dollara tələbin azalması fonunda valyuta mübadilə məntəqələrində tətbiq edilən bəzi tələblərin yumşaldılmasının mümkün olub-olmadığını soruşub. Xüsusilə, dollar alışı zamanı şəxsiyyəti təsdiq edən sənədlərin tələb olunması və eyni ailənin bir neçə üzvünün valyuta ala bilməməsi ilə bağlı mübadilə məntəqələrində qarşılaşılan hallara diqqət çəkilib.

Taleh Kazımov bildirib ki, hazırda Azərbaycanda xarici valyutanın alqı-satqısına ciddi məhdudiyyətlər tətbiq edilmir.Onun sözlərinə görə, mövcud tələblər əsasən vəsaitlərin mənbəyinin müəyyənləşdirilməsi və çirkli pulların yuyulmasına qarşı mübarizə məqsədi daşıyır.

Mərkəzi Bankın sədri eyni ailənin yalnız bir üzvünün valyuta ala bilməsi ilə bağlı iddiaların onun üçün gözlənilməz olduğunu bildirib. Kazımov qeyd edib ki, bu məsələ Mərkəzi Bank daxilində müzakirə edilə bilər. O, bəzi valyuta mübadilə məntəqələrində mövcud qaydaların düzgün izah edilməməsi ehtimalını da istisna etməyib:

"Yalnız bir ailə üzvünün "exchange"dən valyuta ala bilməsi mənim üçün sürprizdir. Biz bunu daxildə danışarıq. Bəlkə ola bilsin hansısa valyuta mübadilə məntəqələrində düzgün kommunikasiya olunmayıb".

AMB sədri valyuta bazarında hazırda təklifin tələbi üstələdiyini xatırladaraq dollar alışının qarşısının alınmasında maraqlı olmadıqlarını vurğulayıb:

"Dollar ala bilmirəm" - sahibkarın sözünü dediniz. Əksinə dollar kifayət qədər çoxdur. Biz istəyirik ki, dollar alsınlar. Yəni hal-hazırda belə bir ciddi məhdudiyyətləri görmürük. Məhdudiyyəti yox, daha çox çirkli pul yuyulması istiqamətində olan nəzarətin təmin edilməsi üçün hansısa tələblər var". 

Bununla belə, Mərkəzi Bankın sədri valyuta bazarında mövcud vəziyyətin uzunmüddətli xarakter daşımaya biləcəyini qeyd edib.

Onun sözlərinə görə, iqtisadi fəallığın artması gələcəkdə xarici valyutaya tələbatı yüksəldə bilər. Bu səbəbdən valyuta əməliyyatları ilə bağlı tənzimləmələrin qısamüddətli bazar dəyişikliklərinə uyğun olaraq tez-tez yenilənməsi məqsədəuyğun deyil.

“Bir gün belə edək, ikinci gün başqa cür edək, yəqin ki, düzgün deyil. Ona görə hazırda yumşaltmaq və dəyişdirmək fikrimiz yoxdur”, – deyə Mərkəzi Bankın sədri vurğulayıb.

Taleh Kazımov əlavə edib ki, valyuta mübadiləsi qaydaları ilə bağlı konkret təkliflər təqdim olunarsa, Mərkəzi Bank onları nəzərdən keçirməyə hazırdır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Taleh Kazımov dollar alışı dollar satışı valyuta mübadiləsi valyuta mübadilə məntəqələri dollar məhdudiyyəti valyuta bazarı dedollarizasiya dolların məzənnəsi valyuta əməliyyatları şəxsiyyət vəsiqəsi çirkli pulların yuyulmasına qarşı mübarizə
29.10.2026 17:02
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Bayramov  Fidanla görüşüb
Bayramov Fidanla görüşüb
29.10.2026 14:57
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19