Mənzillər və torpaq bahalaşıb, kirayə qiymətləri düşüb – Yeni rəqəmlər açıqlandı
Azərbaycanda torpaq bahalaşmaqda davam edir – Yeni qiymətlər məlum olduAzərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin oktyabr ayı üzrə daşınmaz əmlak bazarına dair təhlilinə əsasən, hesabat dövründə müxtəlif əmlak seqmentlərində fərqli qiymət meyilləri qeydə alınıb.
Palatadan Marja.az-a bildirilib ki, yeni tikili mənzillərin satışında artım davam edib, köhnə tikili mənzillərin qiymətləri əsasən sabit qalıb, torpaq bazarında bahalaşma, kommersiya obyektlərinin icarəsində isə nəzərəçarpan canlanma müşahidə olunub.
Mənzil kirayəsi bazarında mülayim ucuzlaşma qeydə alındığı halda, fərdi yaşayış evlərinin kirayəsində kəskin statistik geriləmə, qarajların satış və icarəsində isə yüksək artım göstəriciləri qeydə alınıb. Təhlilə görə, oktyabrda yeni tikili mənzillərin satış qiyməti üzrə median göstərici 2 888,9 manat/kvadratmetr, AQP indeksi isə 109,4 təşkil edib. Sentyabrla müqayisədə indeks 1,4 faiz yüksəlib. Dekabr 2025-ci ilin baza dövrü ilə müqayisədə artım 9,4 faizə çatıb. Mənzillərin median ümumi satış təklifi 275 min manat olub.
Köhnə tikili mənzillər üzrə median satış qiyməti 2 692,3 manat/kvadratmetr təşkil edib. Bu seqmentdə indeks 106,8 səviyyəsində qərarlaşıb. Aylıq dəyişmənin cəmi 0,04 faiz olması qiymətlərin faktiki olaraq sabit qaldığını göstərir. Bununla belə, ötən ilin dekabr ayı ilə müqayisədə köhnə tikili mənzillərin qiymət səviyyəsi 6,8 faiz yüksəkdir. Median ümumi satış təklifi 179 min manat təşkil edib.
Mənzillərin kirayə bazarında isə sentyabr ayındakı yüksəlişdən sonra müəyyən qiymət korreksiyası baş verib. Yeni tikili mənzillərdə median aylıq kirayə qiyməti 10,83 manat/kvadratmetr, köhnə tikililərdə isə 10,63 manat/kvadratmetr olub. Hər iki seqment üzrə aylıq azalma 1,8 faiz təşkil edib. Yeni tikili mənzillərin kirayə indeksi 100,0-a enərək baza səviyyəsinə qayıdıb. Köhnə tikililərdə isə indeks 106,3 səviyyəsində qalıb ki, bu da baza dövrü ilə müqayisədə 6,3 faizlik artım deməkdir. Median aylıq kirayə haqqı yeni tikililərdə 1 000 manat, köhnə tikililərdə 700 manat olub.
Fərdi yaşayış evlərinin satış bazarında daha yüksək artım qeydə alınıb. Oktyabrda bu seqment üzrə AQP indeksi 104,7-yə yüksəlib. Sentyabr ayının göstəricisi ilə müqayisədə artım 5 faiz təşkil edib. Median normallaşdırılmış AHU göstəricisi 670,2, median ümumi satış təklifi isə 197 min manat olub. Palatanın məlumatına görə, AHU göstəricisi yaşayış evlərinin sahə və digər xüsusiyyətlərini nəzərə alan normallaşdırılmış ölçüdür və manat/kvadratmetr qiyməti ilə eyniləşdirilməməlidir.
Fərdi yaşayış evlərinin kirayə bazarında isə indeks sentyabr ayındakı 123,3 səviyyəsindən oktyabrda 71,1-ə düşüb. Aylıq azalma 42,3 faiz təşkil edib. Median kirayə qiyməti 5,33 manat/kvadratmetr olub. AQP bu kəskin dəyişmənin eyni xüsusiyyətlərə malik evlərin kirayə qiymətlərinin eyni nisbətdə ucuzlaşması kimi qiymətləndirilməsinin düzgün olmadığını vurğulayır. Göstəriciyə yay mövsümündə yüksək qiymətlərlə təklif olunan bağ evləri və villaların elanlardakı payının azalması, uzunmüddətli kirayə təkliflərinin üstünlük qazanması, eləcə də müşahidə olunan obyektlərin ərazi və xüsusiyyətlər üzrə tərkibinin dəyişməsi təsir göstərə bilər.
Kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr, AQP indeksi isə 98,4 olub. Sentyabr ayının medianı ilə müqayisədə cüzi, 0,05 faizlik azalma qeydə alınıb. İndeksin baza dövründən 1,6 faiz aşağı olması bu seqmentdə satış qiymətlərinin hələ də baza səviyyəsinə çatmadığını göstərir.
Kommersiya obyektlərinin icarəsində isə əks tendensiya müşahidə edilib. Median icarə qiyməti sentyabr ayındakı 15 manatdan oktyabrda 16 manata yüksəlib. AQP indeksi 98,4-dən 104,9-a çatıb, aylıq artım 6,7 faiz təşkil edib. Median aylıq icarə haqqı 2 000 manat olub. Bununla belə, ofis, ticarət, iaşə, anbar və istehsal sahələrinin fərqli xüsusiyyətləri nəzərə alınmalıdır. Bu obyektlərin təyinatı və ölçüləri üzrə təklif strukturunun dəyişməsi ümumi median qiymətə təsir edə bilər.
Torpaq bazarında da artım tendensiyası davam edib. Oktyabrda torpaq sahələrinin median təklif qiyməti 16 250 manat/sot, AQP indeksi isə 121,9 təşkil edib. Sentyabrla müqayisədə indeks 2,2 faiz yüksəlib. Aprel 2026-cı ilin baza dövrü ilə müqayisədə qiymət səviyyəsi 21,9 faiz artıb. Palata torpaq sahələrinin qiymətləndirilməsində yerləşmə, təyinat, kommunal və nəqliyyat infrastrukturu, sahənin ölçüsü və sənədləşmə vəziyyətinin əsas amillər olduğunu diqqətə çatdırır. Bu səbəbdən ümumi indeksdəki artımın ayrı-ayrı torpaq sahələrinin bazar dəyərinə birbaşa tətbiqi düzgün hesab edilmir.
Qarajların satış və icarə bazarında isə digər seqmentlərlə müqayisədə daha yüksək aylıq artımlar qeydə alınıb. Satış üzrə median qiymət 1 400 manat/kvadratmetr, indeks 109,5 təşkil edib. Sentyabrla müqayisədə 16,7 faizlik artım qeydə alınıb. Median satış qiyməti 33 min manat, median sahə isə 21,3 kvadratmetr olub.
Qarajların icarəsində median qiymət 10 manat/kvadratmetr, indeks isə 149,9 səviyyəsində qərarlaşıb. Aylıq artım 20 faiz, iyul 2026-cı ilin baza dövrü ilə müqayisədə yüksəliş 49,9 faiz təşkil edib. Median aylıq icarə haqqı 200 manat olub. Bununla belə, bu seqment üzrə müşahidə bazasının məhdudluğu nəticələrin şərhində ehtiyatlı yanaşmanı zəruri edir. Xüsusilə icarə üzrə cəmi 43 elan əsasında hesablanan göstərici obyektlərin yerləşdiyi ərazi, sahəsi və parkinq xüsusiyyətlərindəki dəyişikliklərə həssasdır.
Beləliklə, oktyabr ayının nəticələri daşınmaz əmlak bazarında vahid bahalaşma və ya ucuzlaşma meylinin olmadığını göstərir. Mənzillərin satışında mülayim artım və sabitlik, torpaq bazarında yüksəliş, kommersiya obyektlərinin icarəsində canlanma, mənzil kirayəsində isə cüzi geriləmə əsas tendensiyalar kimi diqqət çəkir. Fərdi yaşayış evlərinin kirayəsi və qaraj bazarında qeydə alınan kəskin dəyişikliklərin isə təklif strukturunun və müşahidə sayının təsiri nəzərə alınmaqla qiymətləndirilməsi vacibdir.
AQP-nin qənaətinə görə, daşınmaz əmlak bazarının real vəziyyətini müəyyənləşdirmək üçün satış və kirayə seqmentləri, əmlakın növü, yerləşdiyi ərazi və digər keyfiyyət göstəriciləri ayrıca təhlil edilməlidir. Növbəti dövrlərdə bazarın dinamikasına kredit şərtləri, əhalinin alıcılıq qabiliyyəti, tikinti təklifi və mövsümi amillərin təsiri də diqqətdə saxlanılmalıdır.
Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Palatası daşınmaz əmlak, avtomobil və tikinti indekslərini hər ay dövri olaraq açıqlayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
22 saat sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
20 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
9 d. əvvəl
Mənzillər və torpaq bahalaşıb, kirayə qiymətləri düşüb – Yeni rəqəmlər açıqlandı
- 11 d. əvvəl
-
38 d. əvvəl
İdman komandalarının beynəlxalq yarışlarda iştirakına ayrılan vəsait artırılır
-
39 d. əvvəl
AZAL-ın zərərinin qarşılanmasına büdcədən daha çox pul ayrılacaq - Dotasiya 20 %-ə yaxın artırılır
-
42 d. əvvəl
İşsizlikdən sığorta fondunun gəlirləri xərclərini qarşılamayacaq
-
45 d. əvvəl
DSMF-nin xərcləri gəlirlərini 52 milyon manat üstələyəcək - Ehtiyatlardan da istifadə ediləcək
-
51 d. əvvəl
2027-ci ildə xarici kreditlər hesabına layihələrə 700 milyon manat ayrılacaq
-
1 saat əvvəl
Teatr və konsert müəssisələrinin maliyyələşdirilməsinə milyonlarla manat xərclənəcək
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
İşsizlikdən sığorta fondunun gəlirləri xərclərini qarşılamayacaq
DSMF-nin xərcləri gəlirlərini 52 milyon manat üstələyəcək - Ehtiyatlardan da istifadə ediləcək
Ən çox oxunanlar
Teatr və konsert müəssisələrinin maliyyələşdirilməsinə milyonlarla manat xərclənəcək
Dövət bu zavodun yenidən qurulmasına 434 milyon manat ayıracaq
ABŞ-da seçkilərin ilk nəticələri qızılı bahalaşdırdı – Qiyməti yenidən 4000 dolları keçdi
Dünyanın əyləncə nəhəngi minlərlə işçisini ixtisar edəcək – Xərclər 20%-dək azaldılacaq
Dövlət büdcəsində xüsusi müdafiə təyinatlı layihələrə ayrılacaq böyük məbləğ açıqlandı

























