970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ziraat Bank Azərbaycan “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib ®

AzVak-mobil_resmin_ustu_31
Ziraat Bank Azərbaycan “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib ®
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ziraat Bank Azərbaycan 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak edib.

Reklam_3_11

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyyə sektorunun aparıcı assosiasiyalarının birgə təşəbbüsü çərçivəsində keçirilən aksiyada bank-maliyyə sektorunun nümayəndələri bir araya gələrək ətraf mühitin mühafizəsinə və ölkədə yaşıllıq sahələrinin genişləndirilməsinə öz töhfələrini veriblər.

Aksiya zamanı iştirakçılar tərəfindən 2 hektar ərazidə ümumilikdə 1 250 ədəd Eldar şamı və zeytun ağacı əkilib. Bununla da cari il ərzində sözügedən ərazidə əkilən ağacların ümumi sayı 38 750-yə çatıb.

Qeyd edək ki, ağacəkmə kampaniyası 13 mart 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində həyata keçirilir.

Memoranduma əsasən, 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 min ağacın, ümumilikdə isə 1 milyon ağacın əkilməsi nəzərdə tutulur. Bu təşəbbüs çərçivəsində Abşeron rayonu və Naxçıvan Muxtar Respublikasında ağacəkmə tədbirləri həyata keçirilir, həmçinin yaşıllıq sahələrinin davamlı inkişafını təmin etmək məqsədilə müvafiq suvarma sistemləri qurulur.

Ziraat Bank Azərbaycan ekoloji dayanıqlılığın təmin edilməsini və ətraf mühitin qorunmasını korporativ sosial məsuliyyət yanaşmasının mühüm istiqamətlərindən biri kimi qiymətləndirir. Bank bu kimi təşəbbüslərdə iştirakı ilə ölkədə yaşıllıq sahələrinin artırılmasına, ekoloji tarazlığın qorunmasına və gələcək nəsillər üçün daha sağlam ətraf mühitin formalaşdırılmasına dəstəyini ifadə edir.

"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

04.11.2026 18:00
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19