Maliyyə və İnvestisiya Forumu keçiriləcək - FORUM TƏSİSÇİSİLƏ MÜSAHİBƏ
4 may 2019-cu il tarixində “Pullman” oteldə ölkəmizin aparıcı şirkətlərinin iştirakı ilə “İnnovasiya və şəffaflıq” devizi altında III Maliyyə və İnvestisiya Forumu keçiriləcək. Forumun təsisçilərindən olan “ADMEDİA” reklam şirkətinin rəhbəri Sabit Məmmədov tədbirlə əlaqədar müsahibə verib.
-Builki forum sayca neçəncidir və əsas məqsəd nədən ibarətdir?
- Azərbaycanda keçirilən Maliyyə və İnvestisiya Forumu sayca üçüncüdür. Təbii ki, davamlı da olacaq. Məqsədimiz ölkəmizdə innovasiyayönümlü iqtisadiyyatın inkişafının genişləndirilməsi, bu sahənin hüquqi və infrastruktur bazasının beynəlxalq tələblərə uyğunlaşdırması, regional miqyasda Azərbaycan Respublikasının mövqeyinin daha da gücləndirilməsi istiqamətində dövlət siyasətinin reallaşmasına dəstək olmaq və geniş auditoriyanı maarifləndirməkdən ibarətdir.
-III Maliyyə və İnvestisiya Forumunda hansı məsələlər müzakirə ediləcək?
-Forumda dünya və Azərbaycanın gündəmində olan maliyyə, vergi və iqtisadi mövzuları müzakirəyə çıxarılacaq.
Forum bir gün ərzində 3 panel - “İnvestisiya və maliyyələşmə strategiyaları”, “Vergi siyasəti və mühasibat uçotu” və “Sahibkarlıq və innovasiya” panelləri üzrə keçiriləcəkdir.
Forumda əsasən bu mövzular üzərində məruzə və diskussiyyalar aparılacaqdır:
“Rəqəmsal bankçılığın inkişafı, şirkətlərə maliyyə vəsaitlərinin cəlbi, ERP sistemlərinin qurulması, big data analitika və maliyyə sisteminə tətbiqi, start up-lara investisiyalar, kölgə iqtisadiyyatı ilə mübarizə, vergi qanunvericiliyinin tətbiqi, sahibkarlığın inkişafı kimi mövzular müzakirəyə çıxarılacaq”.
-Forumda bu il hansı xarici ekspertlərin iştirakı gözlənilir?
-Təbii ki, xarici ekspertlərimiz də olacaq. Yeni əməkdaşlıq çərçivəsinə bu il Rusiyalı mütəxəssisləri də daxil etmişik. Adları yaxın günlərdə açıqlanacaq.
-Ölkədə innovasiya fəaliyyətinin inkişafı üçün hansı şəraitlər yaradılıb?
-Azərbaycan Respublikasında innovasiya sahibkarlığı sahəsində fəaliyyətin davamlı inkişafı, innovasiya sferası subyektlərinin fəaliyyətini genişləndirmək üçün hərtərəfli imkanların yaradılması dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir.
Hökumət tərəfindən innovasiya sisteminin formalaşması və inkişafının strateji istiqamətlərinin müəyyən edilməsi, innovasiya layihələrin maliyyələşməsi, investisiyaların cəlb edilməsi və təşviqi üzrə əlverişli şəraitin yaradılması, yüksək texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılması, innovativ xarakterli inkişaf təcrübəsinin öyrənilməsi, inkişaf strategiyasının hazırlanmasında ondan istifadə edilməsi və digər məsələlərlə bağlı bir sıra mühüm sənədlər imzalanmış və konkret hədəflər müəyyən edilmişdir.
-Forumun Azərbaycanda keçirilməsinin sahibkarlığın inkişafı üçün hansı faydaları var?
-Bu forumla dövlətin bizə yaratdığı imkanları xarici sahibkarlara göstərmək istəyirik. Belə forumlar sahibkarlarla dövlət arasında əlaqələri gücləndirir. İnanıram ki, xarici sahibkarla əməkdaşlıq yerli sahibkarlığın əhəmiyyətli inkişafına dətək olacaq. Buna görə də baş tutacaq forum önəmli rol oynayır. Belə ki, sözügedən forumun ölkədə keçirilməsi ilə yerli sahibkarların əlavə biliklər əldə etməsinə vasitəçi oluruq.
-Forumun Pr və reklamı sizə həvalə olunub. Hazırda işlər hansı səviyyədədir?
“Admedia” Reklam Agentliyi olaraq bu işi biz üzərimizə götürmüşük. Ötən illər necə, bu il də uğurla başa vuracağımıza əminəm.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Ölkədə sayılıb, seçilən və ən reytinqli xəbər agentlikləri və portalları bizim media tərəfdaşımızdır. PR-ı yüksək səviyyədə həyata keçiririk. Bundan əlavə Maliyyə və İnvestisiya Forumunun reklamı üçün küçə reklamlarından və dijital reklamlardan istifadə edirik. Sosial media üzərindən tanıtım aksiyaları təşkil edirik. Forumda iştirak üçün müraciət edənləri sayı göstərir ki, Admedia olaraq biz PR və Reklam işimizi uğurlu qurmuşuq. Forum günü isə televiziyalar, xəbər agentlikləri və portalları da tədbiri geniş işıqlandıracaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 20 saat sonra
-
-
54 d. əvvəl
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
-
2 saat əvvəl
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
3 saat əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
3 saat əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
Avqustun 14-də gözlənilən hava şəraiti
Expressbank eyni gündə 2 filial açıb
Ən çox oxunanlar
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Azərbaycan nefti cüzi ucuzlaşıb























