970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Monteneqro Prezidenti ölkəsinin Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq etməsinə aydınlıq gətirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Monteneqro Prezidenti ölkəsinin Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq etməsinə aydınlıq gətirib
iç səhifə xəbər şəkil altı (mobil)_32

Monteneqro Prezidenti Yakov Milatoviç ölkəsinin Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq etməyə başlamasına münasibət bildirib.

 Yakov Milatoviç Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında deyib ki, Monteneqro bu il noyabrın 1-dən etibarən Avropa İttifaqına üzvlük prosesinin bir hissəsi olaraq viza rejimini tam şəkildə Avropa İttifaqının viza rejiminə uyğunlaşdırıb.

“Bu, Avropa İttifaqına uğurlu üzvlük prosesimizin tərkib hissəsidir. Bizdən tələb olunan məhz bu idi və biz bunu həyata keçirmişik”, - o məsələyə aydınlıq gətirib.

Azərbaycana səfər edəcək

Monteneqro Prezidenti Yakov Milatoviç Azərbaycana səfər edəcək. Bunu Monteneqro Prezidenti Yakov Milatoviç Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

“Hazırda bizim komandaların – mənim ofisimlə Azərbaycanın Prezident Administrasiyası arasında müzakirələr aparılır. Hazırda səfərin tarixi ilə bağlı danışıqlar aparırıq. Düşünürəm ki, Bakı Qlobal Forumunda iştirak etmək üçün gələ bilərəm və hazırda səfərin vaxtını həmin tədbirlə uzlaşdırmağa çalışırıq”, - deyə o, qeyd edib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© APA

12.11.2026 17:16
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19