Taksi, ticarət və yanacaq satışında yeni vergi nəzarəti mexanizmləri hazırlanıb
Taksi sürücülərinin gəlirlərindən 1% vergi tutulması təklif olunur – Yeni mexanizm. Taksi operatorları sürücülərin vergisini tutaraq büdcəyə köçürəcəklər. “ƏDV geri al” genişləndirilir – Nağdsız alış-verişin 0,9%-i qaytarılacaq. ƏDV ödəyicisi olmayan satıcılardan alış-veriş edənlər də pul geri ala biləcəklər. Azərbaycanda yanacaq məhsullarının markalanması və izlənilməsi təklif olunur.Azərbaycanda taksi sifarişi operatorları vasitəsilə həyata keçirilən taksi xidmətlərinin 1 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb edilməsi təklif olunur.
Marja.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin 2027-ci ilin büdcə-vergi siyasəti çərçivəsində hazırlanmış dəyişikliklər layihəsinin təqdimatında bildirilir.
Təklif olunan mexanizmə əsasən, sərnişin ödəniş etdikdən sonra taksi sifarişi platforması (operator) vergini tutacaq, büdcəyə köçürəcək və bəyannamə verəcək.
Sürücü isə tutulmalardan sonra qalan məbləği alacaq.
Beləliklə, taksi sifarişi operatorları vasitəsilə həyata keçirilən taksi xidmətlərində verginin ödəmə mənbəyində tutulması nəzərdə tutulur.
“ƏDV GERİ AL” MEXANİZMİ GENİŞLƏNDİRİLİR
Vergi nəzarətinin gücləndirilməsi istiqamətində nəzərdə tutulan digər dəyişiklik “ƏDV geri al” mexanizminin əhatə dairəsinin genişləndirilməsidir. Təklifə əsasən, ƏDV qeydiyyatında olmayan vergi ödəyicilərindən nağdsız qaydada alınan mallar və xidmətlər üzrə ödənişin 0,9 faizinin istehlakçıya geri qaytarılması nəzərdə tutulur. Beləliklə, yeni mexanizm ƏDV ödəyicisi olmayan satıcılardan nağdsız qaydada alınan mallar və xidmətlər üzrə də vəsaitin bir hissəsinin istehlakçıya qaytarılmasını əhatə edəcək.
YANACAQ MƏHSULLARININ MARKALANMASI VƏ İZLƏNİLMƏSİ TƏKLİF OLUNUR
Dövlət Vergi Xidmətinin təqdimatında yanacaq məhsullarının markalanması ilə bağlı yeni nəzarət mexanizmi də yer alıb. Təklifə əsasən, ölkədə istehsal olunan və idxal edilən yanacaq məhsullarının beynəlxalq təcrübəyə uyğun olaraq markalanması nəzərdə tutulur. Bu məhsulların tədarük, daşınma və satış mərhələlərində zəncirboyu izlənilməsi mexanizminin tətbiqi təklif edilir.
Təqdimatda prosesin aşağıdakı mərhələləri göstərilir:
1. İstehsal və idxal;
2. Tədarük;
3. Daşınma;
4. Satış.
GÖZLƏNİLƏN NƏTİCƏ
Dövlət Vergi Xidməti təqdimatda dəyişikliklərdən gözlənilən nəticə kimi yanacaq məhsullarının satışı, pərakəndə ticarət və taksi xidmətləri sahəsində dövriyyənin tam uçota alınmasını və kölgə dövriyyənin azaldılmasını göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
1 gün sonra
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
-
4 d. əvvəl
Şəkidə 150 illik 100-dən çox ağacı kəsib satıblar – Əməliyyat keçirilib, 6 nəfər saxlanılıb
-
11 d. əvvəl
“Caspian Geo” Xəzərdə yeni neft-qaz kəşfiyyatı layihəsinə başlayıb
-
14 d. əvvəl
Lotereya və idman mərc oyunlarının vergiyə cəlb edilməsi qaydaları dəyişə bilər
-
18 d. əvvəl
Taksi, ticarət və yanacaq satışında yeni vergi nəzarəti mexanizmləri hazırlanıb
- 21 d. əvvəl
-
24 d. əvvəl
Çipsin hər kiloqramına 1 manat, içkilərin hər litrinə 10 qəpik aksiz vergisi təklif olunur
-
31 d. əvvəl
2027-ci ildən 15 vergi güzəştinin müddəti uzadılır – Hansı sahələri əhatə edir?
-
42 d. əvvəl
Mənzillərin və ikinci əl avtomobillərin satışında ƏDV qaydaları dəyişir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
“Caspian Geo” Xəzərdə yeni neft-qaz kəşfiyyatı layihəsinə başlayıb
100 manatlıq istiqraz, illik 18 faiz gəlir
Ən çox oxunanlar
Çipsin hər kiloqramına 1 manat, içkilərin hər litrinə 10 qəpik aksiz vergisi təklif olunur
Fermerlərin gəlirlərinə vergi təklif olunur – 100% azadolma 90% güzəştlə əvəz ediləcək
Kiçik sahibkarlara 25%, səhm və istiqraz gəlirlərinə 50% vergi güzəşti təklif olunur
Qeyri-neft ixracı 3,6 milyard dollara yüksəlib – Hansı məhsullar daha çox ixrac olunur?
Noyabrın 13-də gözlənilən hava şəraiti

























