2027-ci ildən 15 vergi güzəştinin müddəti uzadılır – Hansı sahələri əhatə edir?
Çörək, ət, tibbi xidmət və elektromobil avadanlıqlarına vergi güzəştləri uzadıla bilər – SİYAHI. 2027-ci ildən 15 vergi güzəştinin müddəti uzadılır – Hansı sahələri əhatə edir? Buğda, un, çörək və ətin satışında ƏDV azadolması daha 3 il davam edə bilər. Formula 1 və Formula 2 üzrə vergi güzəştlərinin uzadılması təklif olunur. Qızıl, platin və almaz idxalı ilə bağlı vergi güzəştləri uzadıla bilər. Regionlardakı otellərə 75%-lik əmlak vergisi güzəşti daha 3 il uzadılır. Tibbi xidmətlər və elektromobil enerji doldurucuları üzrə ƏDV güzəştləri davam edə bilər.Azərbaycanda 2027-ci ildən kənd təsərrüfatı, səhiyyə, ekologiya, yanacaq-energetika, turizm, idman, zərgərlik, nəqliyyat və xidmət sektorlarında tətbiq olunan 15 vergi güzəştinin müddətinin uzadılması təklif edilir.
Marja.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin 2027-ci ilin büdcə-vergi siyasəti çərçivəsində hazırlanmış dəyişikliklər layihəsinin təqdimatında bildirilir.
AQRAR SEKTORDA 4 GÜZƏŞT DAHA 3 İL UZADILA BİLƏR
Aqrar sektor üzrə aşağıdakı dörd ƏDV azadolmasının müddətinin 3 il uzadılması nəzərdə tutulur:
1. Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı üzrə ƏDV azadolması;
2. Kəpəyin istehsalı və satışı üzrə ƏDV azadolması;
3. Heyvan və quş ətinin satışı üzrə ƏDV azadolması;
4. Yem və yem əlavələrinin satışı üzrə ƏDV azadolması.
ƏHİYYƏ SEKTORUNDA 3 VERGİ GÜZƏŞTİ
Səhiyyə sektoru üzrə də üç güzəştin 3 il müddətinə uzadılması təklif olunur. Bunlar aşağıdakılardır:
1. İcbari tibbi sığorta fondunun və ictimai-sosial fondların vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üzrə ƏDV azadolması;
2. Tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrində göstərilən tibbi xidmətlər üzrə ƏDV azadolması;
3. Tibb sektorunda nağdsız ödənişlər əsasında formalaşan dövriyyənin 50 faizinin ƏDV tutulan dövriyyədən çıxılması.
ELEKTRİK AVTOMOBİLLƏRİ ÜÇÜN ENERJİ DOLDURUCULARINA GÜZƏŞT
Ekologiya istiqamətində elektrik avtomobilləri üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı üzrə ƏDV azadolmasının 3 il uzadılması nəzərdə tutulur.
XAM NEFT VƏ TƏBİİ QAZIN İDXALI ÜZRƏ GÜZƏŞT
Yanacaq-energetika sahəsində svop əməliyyatları çərçivəsində xam neftin və təbii qazın idxalı üzrə ƏDV azadolmasının 3 il müddətinə uzadılması təklif edilir.
FORMULA 1 VƏ FORMULA 2 ÜZRƏ GÜZƏŞTLƏR DAVAM EDƏ BİLƏR
Turizm və idman sahəsində iki vergi güzəştinin müddətinin 3 il uzadılması nəzərdə tutulur. Bunlardan biri Formula 1 və Formula 2 yarışları ilə əlaqədar güzəştlərdir. Digəri isə regionlarda otel fəaliyyətində istifadə edilən daşınmaz əmlaklara görə əmlak vergisinin 75 faiz azaldılmasıdır.
ZƏRGƏRLİK SAHƏSİNDƏ 2 GÜZƏŞT
Zərgərlik sənayesi üzrə aşağıdakı güzəştlərin 3 il uzadılması təklif edilir:
1. Zərgərlik məmulatlarının istehsalı üçün dəzgah, avadanlıq və qurğuların idxalı üzrə ƏDV azadolması;
2. Platin, qızıl, onlardan hazırlanmış zərgərlik məmulatlarının və emal olunmuş almazın idxalı üzrə aksiz azadolması.
NƏQLİYYAT SAHƏSİNDƏ 2 İLLİK GÜZƏŞT
Nəqliyyat sahəsində xarici dövlətlərin yük avtomobilləri tərəfindən həyata keçirilən dəmir yolu–avtomobil kombinə edilmiş tranzit daşımaları üzrə yol vergisindən azadolmanın 2 il müddətinə uzadılması nəzərdə tutulur.
XİDMƏT SEKTORUNDA ƏDV GÜZƏŞTİ
Xidmət sektoru üzrə publik hüquqi şəxslər tərəfindən dövlət büdcəsi vəsaiti hesabına işlərin və xidmətlərin göstərilməsi üzrə ƏDV azadolmasının 3 il uzadılması təklif olunur.
Dövlət Vergi Xidmətinin təqdimatında bu dəyişikliklərdən gözlənilən nəticələr kimi ərzaq məhsulları və tibbi xidmətlərdə qiymət sabitliyi, zərgərlik məhsulları istehsalının rəqabətqabiliyyətliliyi və tranzit yükdaşımaların artması göstərilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
1 gün sonra
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
-
3 d. əvvəl
“Caspian Geo” Xəzərdə yeni neft-qaz kəşfiyyatı layihəsinə başlayıb
-
6 d. əvvəl
Lotereya və idman mərc oyunlarının vergiyə cəlb edilməsi qaydaları dəyişə bilər
-
10 d. əvvəl
Taksi, ticarət və yanacaq satışında yeni vergi nəzarəti mexanizmləri hazırlanıb
- 13 d. əvvəl
-
16 d. əvvəl
Çipsin hər kiloqramına 1 manat, içkilərin hər litrinə 10 qəpik aksiz vergisi təklif olunur
-
23 d. əvvəl
2027-ci ildən 15 vergi güzəştinin müddəti uzadılır – Hansı sahələri əhatə edir?
-
34 d. əvvəl
Mənzillərin və ikinci əl avtomobillərin satışında ƏDV qaydaları dəyişir
-
41 d. əvvəl
Fermerlərin gəlirlərinə vergi təklif olunur – 100% azadolma 90% güzəştlə əvəz ediləcək
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
100 manatlıq istiqraz, illik 18 faiz gəlir
Çipsin hər kiloqramına 1 manat, içkilərin hər litrinə 10 qəpik aksiz vergisi təklif olunur
Ən çox oxunanlar
Fermerlərin gəlirlərinə vergi təklif olunur – 100% azadolma 90% güzəştlə əvəz ediləcək
Kiçik sahibkarlara 25%, səhm və istiqraz gəlirlərinə 50% vergi güzəşti təklif olunur
Qeyri-neft ixracı 3,6 milyard dollara yüksəlib – Hansı məhsullar daha çox ixrac olunur?
Noyabrın 13-də gözlənilən hava şəraiti
























