Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

FINCA Azerbaijan “Heyva Festivalı”nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR

FINCA Azerbaijan “Heyva Festivalı”nda iştirak eedib – fermer və sahibkarlara kredit imkanlarını təqdim edib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
FINCA Azerbaijan “Heyva Festivalı”nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR
iç səhifə xəbər şəkil altı (mobil)_32

FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II “Heyva Festivalı”nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə yerli məhsullar, rayonun meyvəçilik ənənələri və milli-mədəni irsi nümayiş olunub.

Festival çərçivəsində FINCA Azerbaijan-ın stendini ziyarət edən iştirakçılara təşkilatın kredit məhsulları və maliyyələşmə imkanları barədə məlumat verilib. FINCA əməkdaşları ziyarətçiləri məhsulların şərtləri və müraciət qaydaları ilə tanış edib, onları maraqlandıran sualları cavablandırıblar.

Tədbir həmçinin festival iştirakçıları və mövcud müştərilərlə səmimi ünsiyyət üçün fürsət yaradıb. Görüşlər zamanı onların fikirlərini dinləmək, ehtiyaclarını daha yaxından öyrənmək və qarşılıqlı fikir mübadiləsi aparmaq imkanı yaranıb.

FINCA Azerbaijan yerli istehsalçıları, fermerləri və sahibkarları bir araya gətirən belə festivalların keçirilməsini yüksək qiymətləndirir. Bu cür təşəbbüslər yerli məhsulların tanıdılması, sahibkarların yeni əlaqələr qurması və regionların iqtisadi potensialının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.

1998-ci ildə təsis edilmiş FINCA Azərbaycan ölkədə mikromaliyyə xidmətləri göstərən aparıcı bank olmayan kredit təşkilatlarından biridir. Təşkilat 1984-cü ildə əsası qoyulmuş beynəlxalq FINCA brendi altında fəaliyyət göstərən FINCA Impact Finance qlobal şəbəkəsinin bir hissəsidir. Məhsul və xidmətlər barədə ətraflı məlumatıwww.finca.az saytından və ya *2525 qaynar xəttinə zəng etməklə əldə etmək mümkündür.

FINCA Azerbaijan FINCA Azərbaycan FINCA kredit FINCA mikrokredit FINCA Impact Finance Heyva Festivalı Ağdaş Heyva Festivalı 2026 Ağdaş sahibkarları fermer kreditləri kənd təsərrüfatının maliyyələşdirilməsi mikromaliyyə BOKT sahibkarlara kredit regionlarda sahibkarlı
11.11.2026 14:46
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19