Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“ƏDV geri al” mexanizminin genişləndirilməsi təklif olunur. Artıq ƏDV ödəyicisi olmayan sahibkarlardan nağdsız alış-veriş edən vətəndaşlar da pulun bir hissəsini geri ala biləcəklər. Bu necə həyata keçiriləcək? 

Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev:

"Bəli, doğru qeyd edirsiniz. Bildiyiniz kimi, 2019-cu ildən başlayaraq əlavə dəyər vergisi ödəyicilərindən pərakəndə ticarət, ictimai iaşə və digər xidmət sahələrində əhalinin alışları üzrə ƏDV-nin müəyyən hissəsinin nağdsız və nağd ödənişlərə uyğun fərqli faiz dərəcələri ilə istehlakçılara geri qaytarılması nəzərdə tutulub. “ƏDV geri al” mexanizminin tətbiqi nəticəsində ötən dövr ərzində həmin subyektlərin və sahələrin dövriyyələri daha da şəffaflaşıb. İctimai nəzarətin təmin olunması ilə əhali tərəfindən çeklərin tələb edilməsinə başlanılıb. Bu da öz növbəsində həm vergi daxilolmalarının artmasına, həm də həmin sahələrdə dövriyyələrin leqallaşmasına gətirib çıxarıb.

Ona görə də bu layihənin davamı olaraq ƏDV ödəyicisi olmayan subyektlərdən də əhali tərəfindən alışlar zamanı yalnız nağdsız qaydada ödənilən vəsaitin müəyyən hissəsinin istehlakçılara geri qaytarılması nəzərdə tutulur.

ƏDV ödəyicilərindən fərqli olaraq, yeni mexanizm yalnız nağdsız qaydada həyata keçirilən ödənişlərə şamil olunacaq. Bu məqsədlə nağdsız ödənişin 0,9 faizi həcmində vəsaitin istehlakçılara geri qaytarılması təklif edilir".

Təklif Vergi Məcəlləsinə dəyişiklik layihəsinə daxildir.

11.11.2026 16:06
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19