Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Qeyri-Bank Kredit Təşkilatı 5 milyon manatlıq istiqraz buraxır – İllik gəlirlilik 15 faizdir

AzVak-mobil_resmin_ustu_31
Qeyri-Bank Kredit Təşkilatı 5 milyon manatlıq istiqraz buraxır – İllik gəlirlilik 15 faizdir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“FINCA Azərbaycan” Məhdud Məsuliyyətli Qeyri-Bank Kredit Təşkilatı (BOKT) ümumi dəyəri 5 milyon manat olan istiqrazların yerləşdirilməsini nəzərdə tutur.

Marja.az baza emissiya prospektinə əsasən xəbər verir ki, hər birinin nominal dəyəri 100 manat olan 50 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz buraxılır.

İstiqrazların illik faiz dərəcəsi 15 faiz, tədavül müddəti isə 18 ay müəyyən edilib.

Faiz gəlirləri investorlara hər üç aydan bir ödəniləcək. Beləliklə, nominal dəyəri 100 manat olan bir istiqraz üzrə rüblük faiz ödənişi 3 manat 75 qəpik təşkil edəcək.

İstiqrazların nominal dəyəri tədavül müddətinin sonunda birdəfəlik qaytarılacaq.

İstiqrazlardan nə qədər gəlir əldə etmək mümkün olacaq?

Emissiya prospektində göstərilən şərtlərə əsasən, bir istiqraz üzrə 18 aylıq müddətdə ümumilikdə 22 manat 50 qəpik faiz gəliri hesablanacaq. Buna əsasən, 1000 manat nominal dəyərində istiqraz alan investor 18 ay ərzində ümumilikdə 225 manat, 10 min manat nominal dəyərində istiqraz alan investor isə 2250 manat ümumi faiz gəliri əldə edə bilər.

Bu hesablamalar istiqrazların nominal qiymətlə əldə edilməsi, emitentin bütün ödənişləri vaxtında yerinə yetirməsi və istiqrazların ödəmə müddətinədək saxlanılması şərti ilə aparılıb. Vergilər və əməliyyat xərcləri nəzərə alınmayıb.

Emissiya prospektində istiqrazların təmin edilməmiş formada buraxıldığı bildirilir.

“FINCA Azərbaycan”ın mənfəəti 

Emissiya prospektində açıqlanmış audit olunmuş maliyyə göstəricilərinə əsasən, “FINCA Azərbaycan” 2025-ci ili 1 milyon 620 min manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə təşkilatın xalis mənfəəti 3 milyon 155 min manat olmuşdu. Beləliklə, BOKT-un illik xalis mənfəəti 1 milyon 535 min manat və ya 48,7 faiz azalıb.

Təşkilatın aktivləri 2024-cü ilin sonundakı 76 milyon 378 min manatdan 2025-ci ilin sonunda 75 milyon 29 min manata geriləyib. Azalma 1 milyon 349 min manat və ya 1,8 faiz təşkil edib. Eyni dövrdə kredit portfeli 67 milyon 639 min manatdan 66 milyon 815 min manata, kapitalı isə 18 milyon 94 min manatdan 17 milyon 458 min manata düşüb.

2026-cı ilin ilk yarısında mənfəət artıb

“FINCA Azərbaycan” 2026-cı ilin birinci yarısını 998 min 521 manat xalis mənfəətlə başa vurub. 2025-ci ilin eyni dövründə bu göstərici 813 min 216 manat təşkil etmişdi. Beləliklə, xalis mənfəət 185 min 305 manat və ya 22,8 faiz artıb. 2026-cı ilin iyun ayının sonuna təşkilatın aktivləri 75 milyon 344 min 336 manat, öhdəlikləri 56 milyon 887 min 773 manat, kapitalı isə 18 milyon 546 min 562 manat olub.

Hesabat tarixinə kredit portfeli 66 milyon 283 min 488 manat təşkil edib.

Qeyd edək ki, “FINCA Azərbaycan” mikro, kiçik və orta biznes subyektlərinə, eləcə də fərdi müştərilərə kredit xidmətləri göstərən bank olmayan kredit təşkilatıdır.

“FINCA Azərbaycan” MMC BOKT-un nizamnamə kapitalının 100 faizi Niderland Krallığında qeydiyyatdan keçmiş “FINCA Microfinance Cooperatief U.A.” şirkətinə məxsusdur. Beləliklə, sözügedən şirkət “FINCA Azərbaycan”ın yeganə təsisçisi olmaqla onun kapitalında tam iştirak payına və korporativ idarəetmə üzrə müvafiq nəzarət hüquqlarına malikdir.

11.11.2026 10:55
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19