Azərbaycan Dəmir Yollarından rekord göstəricilər – Astara Terminalı və Bakı Limanında tarixi nəticələr
Bakı Limanında tarixi rekord – 112 mindən çox konteyner aşırılıb. Çindən Azərbaycana gələn yük qatarlarının sayı 49 faiz artıb. Azərbaycan Dəmir Yolları (ADY) yükdaşımaları kəskin artırıb – 10 ayda 15,7 milyon ton. ADY 10 ayda yükdaşımaları 1,8 milyon tona yaxın artırıb.Azərbaycan Dəmir Yolları (ADY) 2026-cı ilin yanvar-oktyabr aylarında yük daşımaları üzrə artım dinamikasını davam etdirib.
Bu dövrdə tranzit daşımaların, Çindən qəbul edilən blok-qatarların və Astara Terminalında və Bakı Limanında aşırılan yüklərin həcmində əhəmiyyətli artım qeydə alınıb.
2026-cı ilin 10 ayında ADY tərəfindən 15 milyon 691 min ton yük daşınıb. Bu, 2025-ci ilin müvafiq dövründə qeydə alınmış 13 milyon 911 min tonla müqayisədə 13 faiz çoxdur. Təkcə oktyabr ayında yükdaşımaların həcmi 1 milyon 714 min tona çataraq ötən ilin eyni ayına nisbətən 22 faiz artıb.
Tranzit yükdaşımalarında da müsbət dinamika müşahidə olunub. Yanvar-oktyabr aylarında tranzit daşımaların həcmi 6 milyon 582 min ton təşkil edib ki, bu da illik müqayisədə 20 faiz artım deməkdir. Oktyabr ayında isə 817 min ton tranzit yük daşınıb. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 49 faiz yüksəkdir.
Konteyner daşımaları üzrə də artım qeydə alınıb. Cari ilin 10 ayında ADY tərəfindən 132 500 TEU konteyner daşınıb. Bu, 2025-ci ilin müvafiq dövründəki 112 400 TEU ilə müqayisədə 18 faiz artım deməkdir. Oktyabr ayında isə konteyner daşımalarının həcmi 16 200 TEU təşkil edərək ötən ilin eyni dövrünə nisbətən 67 faiz artıb.
Çin istiqamətindən blok-qatarların qəbulunda da əhəmiyyətli artım əldə olunub. 2026-cı ilin 10 ayında Çindən 472 blok-qatar qəbul edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz çoxdur.
Astara Terminalında həm aylıq, həm də 10 aylıq yükaşırma göstəriciləri üzrə ən yüksək nəticələr əldə edilib. Cari ilin yanvar-oktyabr aylarında terminalda 753 614 ton yük aşırılıb. Bu, ötən ilin eyni dövründəki 550 210 tonla müqayisədə 37 faiz artım deməkdir. Oktyabr ayında isə terminalda 122 216 ton yük aşırılaraq aylıq ən yüksək nəticə müəyyən edilib. Bu göstərici 2025-ci ilin oktyabr ayına nisbətən 65 faiz çoxdur.
Bakı Beynəlxalq Dəniz Limanında da tarixi maksimum nəticə əldə olunub. Cari ilin 10 ayında limanda 112 min TEU-dan çox konteyner aşırılıb. Bu, limanda konteyner aşırmaları üzrə indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Konteyner aşırılmasının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz artıb.
Əldə olunan nəticələr Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində mövqeyinin güclənməsi, tranzit imkanlarının genişlənməsi və ölkənin nəqliyyat-logistika infrastrukturundan istifadənin artması baxımından mühüm əhəmiyyət daşıyır.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 5 d. əvvəl
-
11 d. əvvəl
Azərbaycanın dövlət büdcəsində 4,8 milyard manatlıq artıqlıq yaranıb
-
12 d. əvvəl
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 12 milyard manatı keçib
-
17 d. əvvəl
Azərbaycan iqtisadiyyatında artım sürətlənib – ÜDM 116 milyard manata yaxınlaşıb
-
36 d. əvvəl
Qeyri-Bank Kredit Təşkilatı 5 milyon manatlıq istiqraz buraxır – İllik gəlirlilik 15 faizdir
-
44 d. əvvəl
Tramp və Netanyahu arasında İran üstündə sərt mübahisə yaşandığı iddia olunur – İsrail təkzib edir
-
57 d. əvvəl
“Google”un sahibi 500 milyard dollara yaxın dəyər itirib – Səhmlər yenidən bahalaşa bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycanda inflyasiya 5,6 faizə enib
Tramp və Netanyahu arasında İran üstündə sərt mübahisə yaşandığı iddia olunur – İsrail təkzib edir
“Google”un sahibi 500 milyard dollara yaxın dəyər itirib – Səhmlər yenidən bahalaşa bilər
Ən çox oxunanlar
ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb
Azərbaycan Dəmir Yollarından rekord göstəricilər – Astara Terminalı və Bakı Limanında tarixi nəticələr
Azərbaycan neftinin son qiyməti
“Nvidia”nın da sərmayə qoyduğu süni intellekt şirkətinin dəyəri 20 milyard dollara çatıb



























