970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycanda hər ay mindən çox yeni şirkət qeydiyyata alınır

Azərbaycanda şirkətlərin sayı 215 minə yaxınlaşıb – 6,4% artım. Ölkəmizdə 1 milyon 734 mindən çox vergi ödəyicisi var – Yeni rəqəmlər. Oktyabrda Azərbaycanda 1183 yeni şirkət yaradılıb – 13,2%-i xarici investisiyalıdır. Kommersiya qurumlarının sayı 6,4% artıb. Yeni şirkətlərin 84%-i elektron qaydada qeydiyyatdan keçirilib. Azərbaycanda qeydiyyatda olan şirkətlərin 92,5%-i MMC-dir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda hər ay mindən çox yeni şirkət qeydiyyata alınır
iç səhifə xəbər şəkil altı (mobil)_32

2026-cı il noyabr ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 734 min 871 vergi ödəyicisinin 86,7 faizi fiziki şəxslər, 13,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Marja.az Dövlət Vergi Xidmətinə itinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,5 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,3 faiz, hüquqi şəxslərin sayı 5,6 faiz artıb.

Reklam_3_11

Noyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 214 min 988 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,4 faiz çoxdur.

2026-cı ilin oktyabr ayında 1183 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 86,8 faizi yerli investisiyalı, 13,2 faizi isə xarici investisiyalı müəssisələrdir.

Kommersiya qurumlarının 84 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar – oktyabr aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,6 faiz təşkil edib.

2026-cı ilin noyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,5 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

12.11.2026 11:58
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19