970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Hökumət mədəniyyət, media və gənclər siyasətinə ayrılacaq milyonları açıqladı

2027-ci ildə mədəniyyət, media və idmana 643 milyon manat ayrılacaq – Xərclər 22% artır. Azərbaycanda media qurumlarına 68,4 milyon manat nəzərdə tutulub. Teatr və konsert müəssisələrinin fəaliyyətinə 51,6 milyon manat ayrılması planlaşdırılır
iç səhifə xəbər başlığı altı (mobil)_31
Hökumət mədəniyyət, media və gənclər siyasətinə ayrılacaq milyonları açıqladı
iç səhifə xəbər şəkil altı (mobil)_32

“2027-ci ilin dövlət büdcəsinin layihəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə 643 milyon manat vəsait proqnozlaşdırılıb.

Bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Bu 2025-ci ilin icrası ilə müqayisədə isə 116 milyon manat və ya 22 faiz çoxdur. Ortamüddətli dövrdə, yəni 2023-cü illə müqayisədə 2027-ci ildə bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 39 faiz artıb”, - o əlavə edib.

Nazir müavini qeyd edib ki, həmin vəsaitin 239 milyon manatı və ya 37 faizi mədəniyyət və incəsənət sahəsində fəaliyyətə, o cümlədən kitabxanaların, muzeylərin, mədəniyyət mərkəzlərinin, teatrların, musiqi kollektivlərinin saxlanılması xərclərinə, 68,4 milyon manatı və ya 11 faizi televiziya, radio və nəşriyyat xərclərinə, 49 milyon manatı və ya 7,5 faizi bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin maliyyələşdirilməsinə, 22,8 milyon manatı və ya 3,5 faizi yaradıcı ittifaqlar, cəmiyyətlər və dini tədbirlərlə bağlı digər xərclərin, 264 milyon manatı və ya 41 faizi isə bu sahələrdə digər müəssisə və tədbirlərlə (mərkəzləşdirilmiş mədəniyyət tədbirləri, mühasibatlıq, mədəniyyət obyektlərinin təmiri, maddi texniki təminatın gücləndirilməsi və s.) bağlı xərclərin maliyyələşdirilməsinə yönəldiləcək:

“Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin növbəti ildə saxlanılması ilə bağlı xərclər üçün 13,7 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2026-cı illə müqayisədə 20 faiz çoxdur. Ölkədə fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin, tarix-diyarşünaslıq muzeylərinin və bu kimi mədəniyyət müəssisələrinin saxlanılması üçün 49,7 milyon manat vəsait proqnozlaşdırılıb. Media qurumlarının xərclərinin qarşılanması və fəaliyyətinin təmin olunması məqsədilə növbəti il üçün ümumilikdə 68,4 milyon manat vəsait nəzərdə tutulub. Azərbaycan mədəniyyətinin televiziya vasitəsilə dünya ictimaiyyətinə çatdırılması, teatr və kino sahələrinin inkişaf etdirilməsi məqsədilə tədbirlərin maliyyələşdirilməsi üçün 13,3 milyon manat, Mədəniyyət Nazirliyinin mərkəzləşdirilmiş mədəniyyət tədbirləri üzrə isə 26,8 milyon manat vəsait proqnozlaşdırılıb. Bununla yanaşı növbəti ilin büdcə layihəsində bəzi təşkilatların, o cümlədən teatr, konsert müəssisələrinin fəaliyyəti ilə bağlı 51,6 milyon manat vəsait proqnozlaşdırılıb”.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© APA

12.11.2026 11:55
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19