970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Qeyri-neft ixracı 3,6 milyard dollara yüksəlib – Hansı məhsullar daha çox ixrac olunur?

“İxrac icmalı”nın 2026-cı ilin noyabr sayına dair ilkin rəqəmlər açıqlanıb. 1. Azərbaycanın şəkər, alüminium və metal məmulatları ixracında güclü artım qeydə alınıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Qeyri-neft ixracı 3,6 milyard dollara yüksəlib – Hansı məhsullar daha çox ixrac olunur?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin noyabr sayına dair ilkin göstəriciləri təqdim edib.

Marja xəbər verir ki, İcmala əsasən, 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,8% artaraq 3,6 milyard ABŞ dollarına çatıb.

Reklam_3_11

Cari ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixrac ötən ilin oktyabr ayına nisbətən 23% artıb və 414,2 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə yeyinti məhsullarının ixracının dəyəri 115,2 milyon ABŞ dolları olub. Qeyri-yeyinti məhsulları üzrə ixrac isə 29,9% artımla 280,7 milyon ABŞ dollarına yüksəlib.

Cari ilin yanvar-oktyabr aylarında şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə (137,6%), alüminium və ondan hazırlanan məmulatların ixracı 39,2%, qara metallardan hazırlanan məmulatların ixracı 34%, bitki və heyvan mənşəli piylər və yağların ixracı 27,1%, mis və ondan hazırlanan məmulatların ixracı 24,9%, üzvi kimyəvi birləşmələrin ixracı 16,1%, pambığın ixracı 14,2%, tərəvəzlərin ixracı 11,6%, qəhvə və çayın ixracı 10,9%, yeməli meyvələrin ixracı isə 6,7% artıb.

2026-cı ilin yanvar-oktyabr aylarında aqrar məhsullar üzrə ixrac 12,7% artaraq 866,9 milyon ABŞ dollarına, aqrar-sənaye məhsulları üzrə ixrac isə 28,8% artımla 334,9 milyon ABŞ dollarına çatıb. Beləliklə, aqrar və aqrar-sənaye məhsullarının ümumi ixracı 16,7% artaraq 1,2 milyard ABŞ dolları səviyyəsinə yüksəlib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azərbaycanın qeyri-neft ixracı qeyri-neft sektoru 2026 İxrac icmalı noyabr 2026 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi İİTKM Azərbaycan ixrac statistikası şəkər ixracı alüminium ixracı mis ixracı pambıq ixracı aqrar məhsulların ixracı aqrar-sənaye ixracı Azərbaycanın xarici ticarəti qeyri-neft məhsulları ixracın artım
12.11.2026 12:36
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19