Şəkidə 150 illik 100-dən çox ağacı kəsib satıblar – Əməliyyat keçirilib, 6 nəfər saxlanılıb
Şəkidə meşə qırğını – 100-dən çox fıstıq ağacının kəsildiyi aşkarlanıb. 100–150 yaşı olan ağacları kəsib satışa çıxarıblar – 6 nəfər saxlanılıb.Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz kəsilməsi və emalı ilə məşğul olan şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat keçirib.
DİN-dən verilən məlumata görə, Baş İdarəyə Şəki rayonunun Kiş kəndi ərazisində qiymətli ağac növlərinin qanunsuz olaraq kütləvi şəkildə kəsilməsi barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən tədbirlərlə ağacları qanunsuz kəsməkdə şübhəli bilinən rayon sakinləri Hümmət Feyzullayev, Nüyvər Babayev, Sərxan Hümmətov, Taleh Abdullayev, Rüstəm Məhərrəmov və Qəmlo Nəsirli müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla məlum olub ki, həmin şəxslər ağacları qanunsuz kəsərək emal etdikdən sonra satışını həyata keçiriblər.
Əraziyə baxış zamanı saxlanılan şəxslər tərəfindən kəsilən 100-dən artıq fıstıq ağacının kökləri aşkarlanıb.
Ekspertlərin rəyinə əsasən, qanunsuz olaraq kəsilən ağacların bəzilərinin 100–150 yaşında olduğu müəyyən edilib.
"Qanunsuz ağackəsmə hallarının qarşısının alınması, belə faktların vaxtında aşkarlanması və digər təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində araşdırmalar və nəzarət tədbirləri davam etdirilir.
Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, ağacların və digər yaşıllıqların qanunsuz kəsilməsi, məhv edilməsi və zədələnməsi yolverilməzdir. Bu cür əməllər təbiətə və ekoloji tarazlığa zərər vurmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə səbəb ola bilər. Vətəndaşlardan yaşıllıqların qorunmasına həssas yanaşmaları, belə hallarla rastlaşdıqda dərhal polisə məlumat vermələri xahiş olunur", məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
1 gün sonra
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
-
12 d. əvvəl
Şəkidə 150 illik 100-dən çox ağacı kəsib satıblar – Əməliyyat keçirilib, 6 nəfər saxlanılıb
-
19 d. əvvəl
“Caspian Geo” Xəzərdə yeni neft-qaz kəşfiyyatı layihəsinə başlayıb
-
22 d. əvvəl
Lotereya və idman mərc oyunlarının vergiyə cəlb edilməsi qaydaları dəyişə bilər
-
26 d. əvvəl
Taksi, ticarət və yanacaq satışında yeni vergi nəzarəti mexanizmləri hazırlanıb
- 29 d. əvvəl
-
32 d. əvvəl
Çipsin hər kiloqramına 1 manat, içkilərin hər litrinə 10 qəpik aksiz vergisi təklif olunur
-
39 d. əvvəl
2027-ci ildən 15 vergi güzəştinin müddəti uzadılır – Hansı sahələri əhatə edir?
-
50 d. əvvəl
Mənzillərin və ikinci əl avtomobillərin satışında ƏDV qaydaları dəyişir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
“Caspian Geo” Xəzərdə yeni neft-qaz kəşfiyyatı layihəsinə başlayıb
100 manatlıq istiqraz, illik 18 faiz gəlir
Ən çox oxunanlar
Çipsin hər kiloqramına 1 manat, içkilərin hər litrinə 10 qəpik aksiz vergisi təklif olunur
Fermerlərin gəlirlərinə vergi təklif olunur – 100% azadolma 90% güzəştlə əvəz ediləcək
Kiçik sahibkarlara 25%, səhm və istiqraz gəlirlərinə 50% vergi güzəşti təklif olunur
Qeyri-neft ixracı 3,6 milyard dollara yüksəlib – Hansı məhsullar daha çox ixrac olunur?
Noyabrın 13-də gözlənilən hava şəraiti
























