"Əgər ehtiyac olarsa, 50 milyon dollarlıq istiqrazları satışa çıxara bilərik "
“Orta Dəhliz çərçivəsində quru yük gəmiləri və "Ro-Pax" tipli bərələr alınacaq”“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Zaur Nağıyev müsahibə verib. O, müsahibəsində ASCO-nun gələcək planları və Orta Dəhlizin genişləndirilməsi ilə bağlı görüləcək işlərdən danışıb.
Həmin müsahibəni təqdim edirik:
- Zaur müəllim, qarşıdan ASCO-nun 165 illiyi yaxınlaşır. Bu əlamətdar günə hansı hazırlıqlar görülür?
- ASCO-nun 165 illiyi ilə bağlı müvafiq komissiya yaradılıb. Tədbirlər planı təsdiq olunub. Artıq planın icrasına bu ilin əvvəlindən başlanılıb. Əslində keçirilməsi müəyyən olunan tədbirlər çoxdur. Onların bir neçəsi artıq baş tutub. Onlardan biri bizim dənizçilərin “20 Yanvar” günü göstərdikləri şücaəti əks etdirən sənədli filmin çəkilməsi, digəri isə “Xəzərin irsi” adlı sualtı arxeologiya sərgisidir.
Amma tədbirlərin bəziləri sürpriz xarakterli olduğu üçün onları açıqlamaq istəmirəm. Tədricən ictimaiyyət məlumatlandırılacaq.
Bundan başqa cənab Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən ölkəmizdə qeyd olunan “Heydər Əliyev ili” çərçivəsində ASCO-da da bir sıra layihələrin təşkili nəzərdə tutulub.
- ASCO-nun əlavə gəmilərin alınması, Gürcüstan və Avropa limanları istiqamətində fəaliyyət göstərəcək “Ro-Ro” tipli bərələrin və digər növ gəmilərin inşası ilə bağlı planlar açıqlanmışdı. Həmçinin bildiyiniz kimi bu gün regionda Orta Dəhlizin inkişafı diqqət mərkəzindədir. Hansı ki, bu prosesdə ASCO-nun əhəmiyyətli rolu var. Bu baxımdan yeni gəmilərin sifarişi ilə bağlı vəziyyət necədir?
- Bu barədə cənab Prezidentin tapşırığı var. ASCO olaraq biz Xəzər dənizində və Xəzərdən kənarda sularda donanmamızı zənginləşdirməliyik və bununla məşğuluq. Bu baxımdan istər Orta Dəhlizin inkişafı ilə bağlı, istərsə də Qara və Aralıq dənizlərində gəmilərin sayının artırılması üçün işlər görülür.
Əvvəldən də bildirildiyi kimi, “ASCO İstiqrazları”nın buraxılışı da buna xidmət edəcək. Təbii ki, biz burada yeni və böyük gəmilərin alınmasını nəzərdə tuturuq. Eyni zamanda ASCO-nun Müşahidə Şurasının konseptual olaraq qəbul etdiyi strategiyamız var. Bu strategiya çərçivəsində donanmamızın yenilənməsi planı təsdiq edilib. Təbii ki, bu yenilənmə proqramında Orta Dəhliz də nəzərə alınıb. Orta Dəhliz çərçivəsində həm quru yük gəmiləri, həm "Ro-Pax" tipli gəmi-bərələr alınaraq istismara veriləcək. Bildiyiniz kimi, artıq yeni il ərəfəsində bir "Ro-Pax" tipli gəmisinin tikintisi üçün “Bakı Gəmiqayırma Zavodu” ilə müqavilə bağlanıb.
- Bu planların reallaşdırılması üçün nəzərdə tutulan “ASCO İstiqrazları”nın satışına artıq başlanıb. Kifayət qədər yüksək faizli gəlirlilik tələb edən bu borc sənədinin satışı prosesindəki aktivliyi necə qiymətləndirirsiniz?
- İstərdim bir qədər aydınlıq gətirim ki, istiqrazların satışı artıq yekunlaşıb. Bildiyiniz kimi, 2022-ci ilin dekabrın 28-də təqdimatı həyata keçirilib və 60 gün ərzində hüquqi və fiziki şəxslərin abunə yazılışı baş tutdu. Martın 3-də isə “ASCO İstiqrazları”nın “Açılış zəngi” keçirildi. Bu da onu göstərdi ki, istiqrazlara maraq çox böyük olub. Onu deyə bilərəm ki, tələbat bizim bazara çıxardığımız istiqraz sayından daha çox olub. Təbii ki, bu tələb tam qarşılanmayıb. Ümumilikdə satışa çıxarılan 100 min ədəd istiqrazın 89,1 %-i hüquqi şəxslər, 10,9 %-i isə fiziki şəxslər tərəfindən alınıb.
- Amma deyəsən ASCO-nun 50 milyon ABŞ dolları civarında əlavə istiqraz satışa çıxarmaq planı var idi. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, biz əslində 150 milyon ABŞ dolları həcmində emissiya haqqında düşünürdük. Amma Müşahidə Şurası ilə birlikdə qərar verildi ki, istiqrazların satışı mərhələli şəkildə olsun. İlkin mərhələdə 100 milyon ABŞ dollarlıq istiqraz emissiya edilsin. Bizim layihələrdən asılı olaraq əgər ehtiyac olarsa, növbəti mərhələdə də 50 milyon ABŞ dolları dəyərində istiqrazları satışa çıxara bilərik.
© Report
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
1 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 1 gün sonra
-
1 gün əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
1 gün əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
1 gün əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
1 gün əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
1 gün əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton























