970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Kristal Bakı” Açıq Səhmdar Cəmiyyəti (ASC) səhmdarlara 2024-cü ilin maliyyə nəticələri əsasında dividend ödənilməsi məsələsini müzakirəyə çıxarıb.

Marja.az xəbər verir ki, bu barədə şirkətin 15 oktyabr 2026-cı il tarixli rəsmi bildirişində məlumat verilib.

Bildirilib ki, səhmdarların növbədənkənar ümumi yığıncağı 16 oktyabr 2026-cı il tarixində, saat 09:00-da Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 113E ünvanında keçirilib.

Yığıncağın gündəliyinə yalnız bir məsələ – 2024-cü ilin xalis mənfəətinə əsasən dividend verilməsi daxil edilib.

Qeyd edək ki, şirkətin daha əvvəl açıqlanmış audit edilmiş maliyyə hesabatına əsasən, “Kristal Bakı” ASC 2024-cü ili 3 milyon 277 min 745 manat xalis zərərlə başa vurub. Həmin ilin sonunda şirkətin yığılmış zərəri 33 milyon 409 min manata, mənfi məcmu kapitalı isə 32 milyon 409 min manata çatıb.

Beləliklə, dividend ödənişinin müzakirəyə çıxarılması ilə şirkətin açıqladığı 2024-cü il maliyyə nəticələri arasında izah tələb edən uyğunsuzluq yaranır.

Xüsusilə, yığıncağın gündəliyində 2024-cü ilin xalis mənfəətinə istinad olunmasına baxmayaraq, audit edilmiş maliyyə hesabatında həmin il üzrə mənfəət deyil, zərər göstərilib. Bildirişdə dividendin məbləği, ödəniş mənbəyi və səhmdarların qəbul etdiyi yekun qərar açıqlanmır.

Şirkətin 2024-cü il maliyyə hesabatına əsasən, səhmlərin 50%-i Pərviz Vəliyevə, 25%-i Fərid Nəbiyevə, qalan 25%-i isə Araz Nəbiyevə məxsusdur.

Kristal Bakı ASC Kristal Bakı dividend Kristal Bakı səhmdarları Kristal Bakı maliyyə hesabatı 2024 Kristal Bakı zərəri Kristal Bakı mənfi kapital Kristal Bakı səhmdarların ümumi yığıncağı Kristal Bakı Pərviz Vəliyev dividend ödənişi Azərbaycanda tikinti şirkətləri.
23.10.2026 16:59
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19