970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın öz mühasibat proqramı – Bestbooks istifadəyə verilib ®

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın öz mühasibat proqramı – Bestbooks istifadəyə verilib ®
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kiçik və orta biznes, eləcə də mühasibat xidmətləri göstərən şirkətlər üçün hazırlanan Bestbooks mühasibat proqramı istifadəyə verilib.

Azərbaycanın vergi qanunvericiliyi və mühasibat uçotu tələbləri əsasında qurulan platforma satış, xərc, anbar, ödəniş, hesabat və digər mühasibat əməliyyatlarını vahid sistemdə birləşdirir. Şirkətin məlumatına görə, layihənin əsas məqsədi yerli biznesin uçot ehtiyaclarına cavab verən həll təqdim etmək və gündəlik maliyyə əməliyyatlarını sadələşdirməkdir.

Yerli biznesin tələblərinə uyğunlaşdırılmış həll

Bestbooks mühasibat və vergi uçotunun aparılması üçün yerli vergi mühiti, ƏDV qaydaları, mühasibat tələbləri və biznes praktikaları nəzərə alınmaqla hazırlanıb. Eyni zamanda, sistemdə maliyyə məlumatlarının təhlükəsizliyi və məxfiliyi yüksək səviyyədə qorunur. Platforma peşəkar mühasiblərlə yanaşı, mühasibat üzrə ixtisaslaşmayan sahibkarların da rahat istifadəsi üçün nəzərdə tutulub. Məhsul sahiblərinin bildirdiyinə görə, proqram biznesin mövcud iş proseslərinə uyğunlaşır və istifadəçilərə alışdıqları iş qaydalarını davam etdirməyə imkan verir.

“Bestbooks-u hazırlayarkən əsas diqqəti Azərbaycan biznesinin real ehtiyaclarına yönəltdik. Məqsədimiz yerli vergi və mühasibatlıq tələblərinə uyğun, gündəlik maliyyə proseslərini sadələşdirən və sahibkarların işini asanlaşdıran praktik həll yaratmaq idi”, deyə Bestbooks-un həmtəsisçisi və baş icraçı direktoru Rauf Vəliyev bildirib.

Proqram haqqında ətraflı məlumatı təqdim edən video ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

 

Bütün əməliyyatlar vahid sistemdə

Mühasibat işində əsas çətinliklərdən biri məlumatların müxtəlif mənbələrdə saxlanılması və hesabat dövründə yenidən bir araya gətirilməsidir. Bestbooks bu problemi aradan qaldırmaq üçün satışların, xərclərin, anbar qalıqlarının, ödənişlərin, vergi uçotunun və maliyyə hesabatlarının vahid platformada idarə olunmasını təmin edir. Rutin əməliyyatların avtomatlaşdırılması isə gündəlik iş yükünü azaldır, uçotun aparılmasını isə daha rahat və sürətli edir.

Bulud xidməti və şirkətin öz serverində quraşdırma

Bestbooks iki istifadə modeli ilə təqdim olunur: Bulud əsaslı SaaS (proqram təminatının xidmət kimi təqdim edilməsi) modeli və şirkətin öz serverində quraşdırılan On-Premise versiyası. Bu, hər bir müəssisəyə öz iş modelinə və daxili tələblərinə uyğun variantı seçmək imkanı verir.

Məlumatların təhlükəsizliyi və rəqəmsal xidmətlərlə inteqrasiya

Platformada maliyyə məlumatlarına çıxış rol əsaslı icazələr vasitəsilə idarə olunur. Yəni hər istifadəçi yalnız öz vəzifəsinə uyğun məlumatları görə bilir. Bestbooks fərdi məlumatların informasiya ehtiyatları və sistemləri ilə bağlı fəaliyyət üzrə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilmiş müvafiq lisenziyaya malikdir. Həmçinin, Bestbooks fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrində qeydiyyata alınıb. Bundan əlavə, platforma“ASAN İmza”, SİMA və myGov xidmətləri ilə inteqrasiya olunub ki, bu da istifadəçilərə dövlət rəqəmsal xidmətləri ilə işi bir sistemdən aparmağa imkan verir.

14 günlük ödənişsiz istifadə imkanı

Maraqlanan şirkətlər və mühasiblər platformanı 14 gün ərzində ödənişsiz sınaqdan keçirə bilərlər. Bunun üçün bank kartı məlumatlarının daxil edilməsi tələb olunmur. Bestbooks barədə ətraflı məlumatı www.bestbooks.az saytından əldə edə bilərsiniz

Instagram: https://www.instagram.com/bestbooks.az?vrfl=MW4yZmN5eTZ2dGZ3bg== 

Facebook: https://www.facebook.com/share/1C7AqDGnyH/?mibextid=wwXIfr 

LinkedIn: https://www.linkedin.com/company/bestbooks-az/ 

YouTube: https://www.youtube.com/@bestbooksaz 

Bestbooks Bestbooks.az mühasibat proqramı Azərbaycanda mühasibat proqramları mühasibat uçotu vergi uçotu mühasibatlığın avtomatlaşdırılması sahibkarlar kiçik və orta biznes SaaS ASAN İmza SİMA myGov Rauf Vəliyev
22.10.2026 11:25
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19