Bu həftəsonu Bakıda böyük əyləncə olacaq: Giriş və konsertlər pulsuzdur - Aygün Kazımova və digər məşhurlar səhnəyə çıxacaqlar
Bakıda 3 günlük pulsuz festivalOktyabrın 23–25-də Bakıda, Dənizkənarı Milli Parkda üç gün davam edəcək Zeytun Festivalı təşkil olunacaq. Festival çərçivəsində məşhur müğənnilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncə proqramları, dequstasiyalar və kulinariya tədbirləri keçiriləcək. Festival ərazisinə giriş, əyləncə və konsert proqramlarında iştirak ödənişsiz olacaq.
Marja.az xəbər verir ki, festival Dövlət Kukla Teatrının yaxınlığında təşkil ediləcək. Tədbirin əsas məqsədi Azərbaycanda zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların tanıdılması və zeytun məhsullarına marağın artırılmasıdır.
Festivalda ziyarətçilərə yerli istehsalçıların zeytun və zeytun yağı məhsulları təqdim ediləcək. İştirakçılar müxtəlif məhsulların dadına baxmaq, yeni kulinariya təcrübələri qazanmaq və istehsalçıların məhsulları ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Tədbir çərçivəsində uşaqlar üçün əyləncələr, rəngarəng sənət nümayişləri və canlı musiqi proqramları da nəzərdə tutulub.
Məşhur müğənnilər pulsuz konsert verəcəklər
Festivalın üç günü ərzində tanınmış Azərbaycan ifaçıları və musiqi qrupları tamaşaçılar qarşısına çıxacaqlar.
Konsert proqramına əsasən:
- 23 oktyabr – DJ Kamo.
- 24 oktyabr – Rilaya, Mərdan Kazımov, Orxan Zeynallı, Əməkdar artist Xəyyam Nisanov və Xalq artisti Zülfiyyə Xanbabayeva.
- 25 oktyabr – “Wave Band”, Teymur Süleymanbəyli, “The Excellent Band”, Azad Şabanov, Zamiq Hüseynov və Xalq artisti Aygün Kazımova.
Oktyabrın 25-də festivalın yekun konserti Xalq artisti Aygün Kazımovanın çıxışı ilə başa çatacaq.
Keçiriləcəyi yer və tarix: 23–25 oktyabr 2026-cı il, Bakı, Dənizkənarı Milli Park, Dövlət Kukla Teatrının yaxınlığı
Giriş, konsertlər və əyləncə proqramları pulsuzdur.
Festival Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, “Absheron Olive Gardens” və “Olivea” zeytun məhsullarının sponsorluğu ilə keçiriləcək.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
4 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
4 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
5 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
6 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı





















