Oxford Economics “McDonald’s Azərbaycan”ın iqtisadiyyata təsirini araşdırıb
“McDonald’s” Azərbaycan iqtisadiyyatına 129 milyon manatlıq töhfə verib. “McDonald’s” Azərbaycanda yerli şirkətlərdən 54,6 milyon manatlıq mal və xidmət alıb. “McDonald’s” Azərbaycanda 7 mindən çox iş yerini dəstəkləyir. “McDonald’s” Azərbaycanda mal ətini tamamilə yerli istehsalçılardan almağa başlayıb.Beynəlxalq konsaltinq şirkəti olan “Oxford Economics” “McDonald’s”ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib.
İctimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-ci təqvim ili üzrə ölkənin ümumi daxili məhsuluna (ÜDM) töhfəsi 129 milyon manat təşkil edib. Bundan əlavə, şirkətin fəaliyyəti sayəsində ölkə iqtisadiyyatında ümumilikdə 7 050 iş yeri dəstəklənib.
Aparılan qiymətləndirmə təkcə restoranların birbaşa göstəriciləri ilə məhdudlaşmır. Buraya üç əsas amil daxildir: şirkətin bilavasitə öz fəaliyyəti, yerli təchizatçılardan həyata keçirilən satınalmalar, habelə həm şəbəkə işçilərinin, həm də tərəfdaş müəssisələrin əməkdaşlarının istehlak xərcləri.
Bu amillərin hər biri digər sahələrdə zəncirvari aktivlik yaradır: “McDonald’s”ın satınalmaları kənd təsərrüfatı, qida sənayesi, nəqliyyat və xidmət sektorlarını əhatə edir, əməkdaşların qazancı isə pərakəndə ticarət və gündəlik xərcləmələr vasitəsilə yenidən ölkə iqtisadiyyatına qayıdır.
Şirkətin iqtisadiyyata ən qabarıq təsirlərindən biri yerli təchizatçılarla əməkdaşlıqda özünü göstərir. Belə ki, 2025-ci ildə yerli biznesin dəstəklənməsi çərçivəsində daxili bazardan 54,6 milyon manatlıq mal və xidmət alınıb.
Həmin il “McDonald’s Azərbaycan” təchizatın lokallaşdırılması və ölkə iqtisadiyyatına verdiyi töhfənin gücləndirilməsi istiqamətində mühüm addım ataraq mal ətinin tədarükünü tam şəkildə yerli istehsalçılara yönəldib. Bu satınalmaların müəyyən hissəsi bilavasitə aqrar sahəyə aiddir; restoranlar şəbəkəsini məhsulla təmin edən fermer və emal müəssisələrində təqribən 2 100 iş yeri məhz bu fəaliyyətlə bağlıdır.
Bundan əlavə, yeni restoranların istifadəyə verilməsi və mövcud məkanların yenilənməsi məqsədilə il ərzində sahibkarlardan 10,8 milyon manat həcmində mal və xidmət alınıb.
“Oxford Economics”in hesablamalarına görə, yaranan məşğulluq effekti təchizatçılar və kənd təsərrüfatından tutmuş ticarət, tikinti və nəqliyyat sektorlarınadək geniş bir spektri əhatə edir.
Paralel olaraq, 2025-ci ildə bilavasitə “McDonald’s Azərbaycan” şirkətində çalışanların sayı 2 935 nəfər təşkil edib. Kollektivin 49%-ni qadınlar, 67%-ni isə 15–24 yaş arası gənclər təşkil edib. Onların böyük hissəsi üçün “McDonald’s” ilk iş yeri və peşəkar karyeranın başlanğıcı rolunu oynayır. İl ərzində əməkdaşlar şirkətdaxili təlim proqramları çərçivəsində ilkin əməliyyat bacarıqlarından tutmuş idarəetməyə qədər müxtəlif istiqamətlər üzrə 700-ə yaxın ixtisas dərəcəsi əldə ediblər.
Tədqiqatda şirkətin sosial məsuliyyət layihələrinə verdiyi dəstək də ayrıca vurğulanır. İl ərzində təqaüdlər, sosial proqramlar və ekoloji təşəbbüslər üçün 120 000 manatdan artıq vəsait ayrılıb, ölkə miqyasında keçirilən uşaq tədbirlərinə 5 000 porsiya qida paylanıb, əməkdaşlar isə ətraf mühitin qorunmasına yönəlmiş könüllülük aksiyalarına 400 saat vaxt sərf ediblər.
Qeyd edək ki, iqtisadi təsirin qiymətləndirilməsi 200-dən çox ölkədə hökumətlər, beynəlxalq qurumlar və biznes sektoru ilə əməkdaşlıq edən, iqtisadi təhlil və proqnozlaşdırma sahəsində qlobal liderlərdən sayılan “Oxford Economics” şirkətinin müstəqil metodologiyası əsasında aparılıb.
Araşdırmanın yekunlarını şərh edən “Oxford Economics”in direktor müavini Stiven Forman bildirib: "Bizim araşdırma “McDonald’s”ın yeni iş yerlərinin yaradılması, françayzinqin inkişafı və yerli təchizatçılarla tərəfdaşlıq vasitəsilə iqtisadi fəallığı artırdığını, bütün Azərbaycan boyu yerli biznesə və ictimaiyyətə mühüm töhfə verdiyini aydın şəkildə nümayiş etdirir".
Azərbaycanda 25 ildən artıqdır fəaliyyət göstərən şəbəkənin ölkədəki sahibi və operatoru “McDonald’s Azərbaycan” QSC-dir. Hazırda 34 restorandan ibarət olan şəbəkə hər il 20 milyondan çox qonağa xidmət göstərir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
4 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
4 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
5 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
6 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı
























