"Xəzərin dibi ilə fiber-optik xətlərin çəkilməsi istiqamətində sürətli inkişaf var"
Görüşdə Qazaxıstan neftinin Azərbaycan ərazisindən ixracı, nəqliyyat-logistika imkanlarının daha da artırılması, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, həmçinin birgə investisiya layihələri məsələləri müzakirə olundu, Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin çəkilməsi istiqamətində də sürətli inkişafın olduğu qeyd edilib. Həmçinin dövlətlərimizin ikitərəfli siyasi dialoqunun yüksək səviyyədə olduğu, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyi vurğulanıb.Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə məhdud tərkibdə görüşü olub.
Görüşdə çıxış edən Prezident Kasım-Jomart Tokayev dedi:
- Bizdə qəbul edildiyi kimi desək, “Xoş gəldiz”.
Prezident İlham Əliyev: Sağ olun.
Prezident Kasım-Jomart Tokayev: Sizi rəsmi səfərində görməyimizə şadıq. Mənim dəvətimi qəbul etdiyinizə görə minnətdarlığımı bildirmək istərdim. Keçən ilin avqust ayında mən Bakıya səfər etdim. Bu səfər olduqca səmərəli keçdi və ikitərəfli münasibətlərin inkişafına ciddi təkan verdi. İndi, necə deyərlər, saatları tutuşdurmaq, prezidentlərin tapşırıqlarının iki ölkənin hökumətləri tərəfindən necə icra edilməsini yoxlamaq zərurəti yaranıb.
Qeyd etmək istərdim ki, Azərbaycan Qazaxıstan üçün qardaş dövlətdir, çox yaxın dövlətdir. Biz öz tərəfimizdən ticari-iqtisadi, investisiya sahələrində və əlbəttə, siyasi arenada istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət üçün hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdən ötrü nə mümkündürsə edirik. Çox iş görülüb. Fikrimcə, geniş tərkibdə görüşdə bu barədə danışacağıq. Bundan əlavə, müvafiq nazirlərin məruzələrini dinləyəcəyik, onlar görülmüş işlər barədə hesabat verməlidirlər, əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair planlar cızacağıq.
Biz Sizin səfərinizə hazırlamışıq. Yəqin ki, eşitmisiniz, Qazaxıstan Teleradio Korporasiyası mənim tapşırığıma əsasən görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi sənədli film hazırlayıb. Bu axşam onu qazax və rus dillərində göstərəcəklər.
Qazaxıstanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş markanın buraxıldığını bildirən Kasım-Jomart Tokayev Ulu Öndərin ölkələrimiz arasında əməkdaşlığın qurulması və inkişafındakı böyük tarixi rolunun xatırlandığını qeyd etdi. Qazaxıstan Prezidenti dövlət başçılarının birlikdə Astananın nüfuzlu rayonunda Ümummilli Lider Heydər Əliyevin adını daşıyan küçənin açılışını edəcəklərini bildirdi.
Prezident Kasım-Jomart Tokayev: Əlbəttə, biz Cənubi Qafqaz regionunda lider rolu oynayan Azərbaycan ilə iqtisadi sahədə qarşılıqlı əlaqələrin, əməkdaşlığın inkişaf etdirilməsinə dair çox ciddi iş aparmaq əzmindəyik. Bizim aramızda hər hansı problem yoxdur. Yalnız məhz bu istiqamətdə irəli getmək arzusu var. Sizə Təşəkkür edirəm.
X X X
Prezident İlham Əliyev deyib:
-Hörmətli Kasım-Jomart Kemeliviç, ilk növbədə, dəvətə və qonaqpərvərliyə görə sağ olun.
Heydər Əliyevin xatirəsinə hörmətinizə görə bəri başdan öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istərdim. Sizin tapşırığınıza əsasən Qazaxıstanda həm Heydər Əliyevin xatirəsinə, həm də Azərbaycan xalqına öz münasibətinizi bildirmək üçün görülən işləri qeyd etdiniz. Paytaxtınızın mərkəzi küçələrindən birinə Heydər Əliyevin adının veriləcəyinə görə, eləcə də filmə görə təşəkkür edirəm. Ümumiyyətlə, biz həmişə bütün Qazaxıstan xalqının ölkəmizə xeyirxah münasibətini hiss etmişik, yəqin ki, Siz də Azərbaycana rəsmi səfəriniz çərçivəsində bunu hiss etmisiniz. Bizim rəsmi səfərlər çərçivəsində belə tez-tez görüşməyimiz həm münasibətlərimizin xarakterinə, həm də ona dəlalət edir ki, daim əlaqə saxlamağımız zəruridir. Ona görə ki, biz müxtəlif beynəlxalq məkanlarda müntəzəm görüşürük, lakin ikitərəfli format ən səmərəli formatdır.
Sizin səfərinizdən bir ildən az vaxt keçib, lakin həm tapşırıqlarımızın icrasına nəzarət, həm də qarşılıqlı fəaliyyəti gücləndirmək üçün yeni addımlar atılması baxımından gündəliyə nəzər salmaq zəruridir. Siz qeyd etdiyiniz kimi, ölkələrimiz bir-birinə səmimi, qardaşcasına münasibət bəsləyirlər. Bu, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı zəmindir. Əməkdaşlığın istiqamətlərinə gəldikdə isə, onların sadalanması yəqin ki, çox vaxt tələb edərdi, çünki bu istiqamətlər praktiki olaraq həyatımızın bütün sahələrini əhatə edir. Lakin, əlbəttə, indiki şəraitdə təbii ki, ticari-iqtisadi, investisiya layihələri, nəqliyyat-logistika infrastrukturu və ölkələrimizin bu istiqamətlərdə səylərinin birləşdirilməsi ilə bağlı layihələr prioritet əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, mənimlə birlikdə çox nüfuzlu nümayəndə heyəti, çoxlu nazir, dövlət strukturlarının rəhbərləri gəliblər. Əminəm ki, qardaş Qazaxıstan torpağında olan nümayəndə heyətinin üzvləri də fəallıq göstərəcək, biz yaxşı nəticələrə nail olacağıq və görülmüş işlərə yekun vurmaq üçün növbəti həddi müəyyən edəcəyik. Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm.
Prezident Kasım-Jomart Tokayev: Mən əlavə etmək istərdim ki, Qazaxıstan statistikasına görə təkcə keçən il ərzində ölkələrimiz arasında ticarətin həcmi 40 faiz artaraq yarım milyard dolları ötüb.
x x x
Görüş əsnasında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsində 40 faiz artımın olması müsbət addım kimi qeyd edildi. Dövlət başçıları ölkələrimiz arasında ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması üçün imkanların olduğunu vurğuladılar.
Eyni zamanda, görüşdə Qazaxıstan neftinin Azərbaycan ərazisindən ixracı, nəqliyyat-logistika imkanlarının daha da artırılması, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, həmçinin birgə investisiya layihələri məsələləri müzakirə olundu, Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin çəkilməsi istiqamətində də sürətli inkişafın olduğu qeyd edilib. Həmçinin dövlətlərimizin ikitərəfli siyasi dialoqunun yüksək səviyyədə olduğu, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyi vurğulandı.
Söhbət zamanı regional məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Azərbaycanın Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin olunması, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində atdığı addımlar barədə məlumat verib.
Görüşdə Azərbaycanın nəqliyyat imkanlarının daha da genişləndirilməsi, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və Bakı Limanının imkanlarının artırılması istiqamətində səyləri barədə də məlumat verilib.
Prezident Kasım-Jomart Tokayev Qazaxıstanın nəqliyyat imkanlarının artırılması haqqında məlumat verib.
Söhbət zamanı iki ölkənin nəqliyyat infrastrukturunun sinxronlaşdırılması, yüklərin daha sərbəst və sürətli keçidinin təmin edilməsinin önəmi qeyd olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
17 saat sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 11 saat əvvəl
-
1 gün əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
1 gün əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
1 gün əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 25-də gözlənilən hava şəraiti
AZAL-ın sədrindən aviabiletlərin qiymətləri barədə açıqlama
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
















.jpg)





