Azərbaycanda 4-cü böyük bankın MALİYYƏ VƏZİYYƏTİ AÇIQLANDI

Aktivlərinin həcmi üzrə Azərbaycanda 4-cü böyük bank olan "Xalq Bank" 2023-cü ilin 1-ci rübünü (yanvar-mart) 11 milyon 214 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ilin 1-ci rübünü 7 milyon 10 min manat xlias mənfəət ilə bağlamışdı. Beləliklə, "Xalq Bank"ın xalis mənfəəti 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə 4 milyon 204 min manat və ya 60% artıb.
Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə Xalq Bankı faiz gəlirləri 10 milyon 996 min manat artaraq 35 milyon 453 min manat, qeyri-faiz gəlirləri isə 1 milyon 829 min manat artaraq 7 milyon 41 min min manat təşkil edib.
BANKIN GƏLİRLƏRİ ARTIB
2023-cü ilin 1-ci rübündə Xalq Bankın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 42 milyon 494 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 22 milyon 355 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 20 milyon 139 min manat təşkil edib. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 7 milyon 85 min manat ayırdığından və 1 milyon 842 min manat mənfəət vergisi ödədiyindən ilk rübü 11 milyon 214 min manat xalis mənfəət ilə yekun vurub.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 1-ci rübündə Xalq Bankın cəmi əməliyyat gəlirləri 29 milyon 669 min manat, cəmi əməliyyat xərcləri 19 milyon 290 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 10 milyon 379 min manat, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılan vəsait 2 milyon 15 min manat, ödənilmiş mənfəət vergisi 1 milyon 353 min manat təşkil etmişdi.
Əgər aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırdığı vəsaitdə artım baş verməsəydi, Bankın xalis mənfəəti daha yüksək olardı.
Xalq Bankın kreditlər üzrə faiz gəlirləri ilə bərabər, qiymətli kağızları üzrə faiz gəlirləri, banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri, banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri artıb.
BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
31 Mart 2023-cü il tarixində Xalq Bank 2 milyard 700 milyon 678 min manat cəmi aktivlərə, o cümldən 1 milyard 774 milyon 923 min manatcəmi kredit portfelinə (müştərilərə verilən kreditlər) malik olub. Bank ötən ilin sonunda 2 milyard 685 milyon 78 min manat cəmi aktivlərə, o cümlədən 1 milyard 740 min 634 min maant kredit portfelinə malik idi. Beləliklə, ilk rübdə Bankın kredit portfeli 34 milyon 289 min manat artıb.
Ötən ilin sonunda Xalq Bankda depozitlər 1 milyard 855 milyon 258 min manat ikən, 31 Mart 2023-cü il tarixində 1 milyard 901 milyon 513 min manata çatıb (46 min 255 min manat artım).
31 Mart 2023-cü il tarixində Xalq Bank 431 milyon 476 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 427 milyon 59 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 16 saat sonra
- 51 d. əvvəl
-
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
1 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
2 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
2 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
-
2 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
3 saat əvvəl
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib
-
3 saat əvvəl
Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
-
4 saat əvvəl
Alibaba-nın səhmələrinin qiyməti son 4 ilin ən yüksək səviyyəsinə qalxıb
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Halal Biznes Forumu keçiriləcək - TARİX

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
Ən çox oxunanlar

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır

Rasional liderlik, ənənəvi liderlik, xarizmatik liderlik

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
