Unibank birinci rübü mənfəətlə başa vurub
Bank birinci rübü 4,3 milyon manat xalis mənfəətlə başa vurub.“Unibank” KB ASC 2023-cü ilin birinci rübü üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, 31 mart 2023-cü il tarixinə Bankın əməliyyat mənfəəti 15 milyon manata yaxın olub.
Qeyd edilib ki, hesabat dövrü ərzində Bankın məcmu gəlirlərində ciddi artım qeydə alınıb. Dövr ərzində cəmi gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 56% artaraq 75 milyon manata yaxınlaşıb. Bunun 48 milyon manatı faiz gəlirləri, 27 milyon manatı isə qeyri-faiz gəlirləri hesabınadır. Beləliklə bank birinci rübü 4,3 milyon manat xalis mənfəətlə başa vurub.
Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov 2023-cü ilin ilk rübünü bank üçün uğurlu dövrlərdən hesab edir: “Unibank komandası rüb ərzində əzmlə çalışıb. Deyə bilərik ki, bu il üçün qarşıya qoyduğumuz hədəflərə doğru ciddi addımlar atdıq. Müştərilərimiz üçün faydalı bank məhsulları və xidmətlərinin həyata keçirilməsi və daxili investisiya layihələrinin icrası birinci rüb ərzində davam etdirilib. Həyata keçirilən tədbirlərin nəticəsi, bu ilin ilk rübü üzrə maliyyə nəticələrinə də müsbət təsirini göstərib. Bu il üçün yeni daxili inkişaf layihələrimiz və müştərilərimiz üçün planladığımız yeniliklər var. 2023-cü ilin ölkə bank sektoru, eləcə də Unibank üçün əhəmiyyətli illərdən biri olacağını düşünürük”.
2023-cü ilin 1-ci rübü ərzində bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Hesabat dövründə Bankın kredit portfeli böyüyüb. 2022-ci ilin birinci rübü ilə müqayisədə bu ilin uyğun dövründə “Unibank”ın ümumi kredit portfelinin həcmi 20% artıb.
Hər zaman olduğu kimi biznesin kreditləşməsi “Unibank”ın prioritetləri sırasında olub. Ötən dövrdə xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. Dövr ərzində real sektorun inkişafına ayrılmış kreditlərin məbləği ötən ilin birinci rübü ilə müqayisədə artaraq, 83 milyon manata yaxınlaşıb. Biznes kreditləri portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə artaraq 290 milyon manata yaxın olub.Biznesə ayrılan vəsaitlərin artımı ilə yanaşı, “Unibank”ı seçən biznes sahiblərinin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 41%-ə yaxın artıb. Hesabat dövrünə mikro kreditlər portfelinin həcmində ciddi artım qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 64% artaraq, 145 milyon manata çatıb. Verilən mikrokreditlərin həcmi isə 2022-ci ilin birinci rübü ilə müqayisədə 35% artaraq, 47 milyon manata çatıb.
2023-cü ilin ilk rübündə bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında da özünü göstərib. Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin 1-ci rübü ilə müqayisədə 30 % artaraq, 134 milyon manat olub. Rüb ərzində bankın aktivləri bir qədər də artaraq, 1 milyard 446 milyon manatı ötüb.
Ötən müddət ərzində “Unibank”ın depozit portfeli də xeyli böyüyüb. Ümumi depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 78 milyon manat artaraq, rübün yekununda 548 milyon manat təşkil edib.
Bank ölkədə nağdsız dövriyyənin artırılmasına hər zaman dəstək verməkdə davam edir. 2022-ci ilin ilin eyni dövrü ilə müqayisədə bu ilin 1-ci rübündə Unibank kartları üzrə nağdsız əməliyyatların həcmi 3 dəfə artaraq 1,8 milyard manatı keçib. Ümumilikdə isə ötən ilin eyni dövrü ilə müqayisədə 2023-cü ilin ilk rübündə Unibank kart sahiblərinin sayında rekord həcmdə- 48% artım olub.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. 30 ildə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
18 saat sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 11 saat sonra
-
2 gün əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
2 gün əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
2 gün əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
2 gün əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
2 gün əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton
























