Əhali "TuranBank"da daha çox əmanət yerləşdirib - 40 MİLYON MANATDAN ÇOX ARTIM
Azərbaycanın qocaman banklarından biri olan "TuranBank" ASC 2023-cü ilin 1-ci rübü (yanvar-mart) üzrə maliyyə göstəricilərini açıqlayıb.
BANK DAHA DA BÖYÜYÜB
Marja.az xəbər verir ki, "TuranBank"ın cəmi aktivləri 2022-ci ilin sonu ilə müqayisədə 2023-cü ilin ilk rübündə 51 milyon 453 min manat və ya 6,3% artaraq 31 mart 2023-cü il tarixində 872 milyon 274 min manat təşkil edib. Ötən ilin sonunda Bankın cəmi aktivləri 820 milyon 821 min manata çatmışdı.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB, İPOTEKA PORTFELİ 100 MİLYON SƏVİYYƏSİNİ AŞIB
"TuranBank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2022-ci ilin sonu ilə müqayisədə 2023-cü ilin ilk rübündə 10 milyon 843 min manat artaraq 559 milyon 338 min manata yüksəlib. O cümlədən, Bankın istehlak kreditləri portfeli 814 min manat artaraq 139 milyon 607 min manata, biznes kreditləri portfeli 5 milyon 745 min manat artaraq 319 milyon 600 min manata, ipoteka kreditləri portfeli isə 4 milyon 283 min manat artaraq 100 milyon 131 min manata çatıb.
ƏHALİNİN ƏMANƏTLƏRİ SON 3 AYDA 40 MİLYON MANATADAN, SON 12 AYDA İSƏ 92 MİLYON MANATDAN ÇOX ARTIB
"TuranBank"da depozitlər 2022-ci ilin sonu ilə müqayisədə 2023-cü ilin ilk rübündə 47 milyon 822 min manat və ya 11,1% artaraq 31 Mart 2023-cü il tarixində 477 milyon 96 min manata çatıb. O cümlədən, "TuranBank"da fiziki şəxslərin (əhalinin) depozitləri 40 milyon 930 min manat və ya 12,5% artaraq 368 milyon 834 min manata, hüquqi şəxslərin depozitləri isə 6 milyon 892 min manat və ya 6,8% artaraq 108 milyon 262 min manata yüksəlib. 2022-ci ilin Mart ayının sonu ilə müqayisədə isə fiziki şəxslərin depozitləri 92 milyon 240 min manat artıb. Qeyd edək ki, "TuranBank" ən sərfəli əmanət məhsulları təklif edən banklardan biridir.
GƏLİRLƏRİ ARTIB
"TuranBank"ın faiz gəlirləri 2023-cü ilin 1-ci rübündə 18 milyon 622 min manat təşkil edib ki, bu da, 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 5 milyon 136 min manat və ya 38% çoxdur.
2023-cü ilin 1-ci rübündə "TuranBank" ın qeyri-faiz gəlirləri 2 milyon 380 min manat təşkil edib ki, bu da 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 631 min manat və ya 36% çoxdur.
"TuranBank"ın cəmi faiz və qeyri-faiz gəlirləri 2022-ci ili ilk rübü ilə müqayisədə 2023-cü ilin ilk rübündə 5 milyon 767 min manat artaraq 21 milyon 2 min manat, faiz və qeyri-faiz xərcləri isə 4 milyon 784 min manat artaraq 18 milyon 503 min manat təşkil edib.
31 Mart 2023-cü il tarixində "TuranBank" 77 milyon 565 min manat məcmu kapitala malik olub ki, bu da minimal məcmu kapital tələbindən (50 milyon manat) yüksəkdir.
1992-ci ildən etibarən fəaliyyət göstərən "TuranBank" ASC 19 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
18 saat sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 11 saat sonra
-
2 gün əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
2 gün əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
2 gün əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
2 gün əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
2 gün əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton

























