İlk dəfə 6 ay ərzində bankların xarici valyuta alışı satışı üstələyib - 29 FAİZLİK AZALMA
2023-cü ilin 6 ayında Azərbaycandakı banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 29% azalaraq 1,8 milyard ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 84%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir. Son illər ərzində ilk dəfə 6 ay ərzində bankların xarici valyuta alışı satışını üstələmişdir.2023-cü ilin 6 ayında manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşmışdır. Tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləmişdir.
Marja.az xəbər verir ki. bu, Mərkəzi Bankın 2023-cü ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti icmalında bildirilir.
Dövr ərzində həm nağd, həm də nağdsız valyuta bazarında əməliyyatlar davam etdirilmişdir.
6 ayda nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 13.4 mlrd. ABŞ dolları ekvivalentində 5 olmuşdur. Nağdsız valyuta əməliyyatlarının 79.5%-i ABŞ dollarında, 20.5%-i isə digər valyutalarda aparılmışdır. Valyuta əməliyyatlarının 20%-i banklararası valyuta bazarında (BVB), 80%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilmişdir.
Hesabat dövründə BVB-də əməliyyatların həcmi 2.7 mlrd. ABŞ dolları (ARDNF-in və Mərkəzi Bankın əməliyyatları daxil olmaqla) ekvivalentində olmuşdur. Bu seqmentdə əməliyyatların 97.3%-i ABŞ dollarında aparılmışdır. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Blumberq” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır.
Hesabat dövründə banklararası valyuta bazarında mövcud hərrac mexanizmi saxlanılmaqla, Mərkəzi Banka valyuta bazarına çevik reaksiya vermək imkanı verən, banklara real vaxt rejimində xarici valyutaya tələb və təklifi izləməyə və ən optimal məzənnə ilə əqd bağlamağa imkan verən Blumberqin “BMatch” platforması aktivləşdirilmişdir. BDVBdə valyuta əməliyyatlarının həcmi 10.7 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Əməliyyatların 75%-ni ABŞ dolları ilə aparılan əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 93.2%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşmüşdür.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 29% azalaraq 1.8 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 84%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir. Son illər ərzində ilk dəfə 6 ay ərzində bankların xarici valyuta alışı satışını üstələmişdir.
2023-cü ilin 6 ayında Mərkəzi Bankda ARDNF-in valyuta satışlarının həyata keçirilməsi üzrə 45 valyuta hərracı baş tutmuşdur. Hesabat dövründə valyuta hərraclarının 98%-də təklif tələbi üstələmişdir. Dövr ərzində Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olmuşdur.
Dövr ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Blumberq” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir. Hesabat dövründə manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil etmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alışsatış məzənnələri rəsmi məzənnəyə yaxın olmuşdur. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6955 manat, satış məzənnəsi isə 1.7024 manat təşkil etmişdir.
Hesabat dövründə manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı müxtəlif istiqamətdə dəyişmişdir. Belə ki, manatın məzənnəsi nominal olaraq Türkiyə lirəsinə, Rusiya rubluna, Yaponiya yeninə, Çin yuanına qarşı bahalaşmış, avroya, İngiltərə funtsterlinqinə, Qazaxıstan tengəsinə, İsveçrə frankına və Gürcüstan larisinə qarşı ucuzlaşmışdır.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
1 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 1 gün sonra
-
1 gün əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
1 gün əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
1 gün əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
1 gün əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
1 gün əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton




















