“AccessBank”ın da vəziyyəti məlum oldu - Depozitlər artıb
“AccessBank” QSC 2017-ci ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Marja” Bankın hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun ayları ərzində “AccessBank”ın faiz gəlirləri 55 milyon 731 min manat təşkil edib. Bank qeyri-faiz əməliyatları üzrə 4 milyon 375 min manat zərər edib.
BANK EHTİYAT YARADIR
Faiz, qeyri-faiz xərcləri çıxıldığından və aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 26 milyon 86 min manat ayırıldığından bankın 42 milyon 939 min manat zərəri yaranıb. Qeyd edək ki, zərərin yaranması ehtiyatlara ayırmalar ilə bağlıdır. Ödənməyən kreditlərin arta biləcəyi ehtimalına görə, bank öncədən gəlirinin bir hissəsi hesabına ehtiyatlanır. Yəni, kreditlər qaytarılmadığı halda, "AccessBank", onun kreditorları və əmanətçiləri bundan ziyan çəkməyəcəkdir.
30 İyun 2017-ci il tarixində “AccessBank” QSC 872 milyon 635 min manat cəmi aktivlərə, 807 milyon 266 min manat cəmi öhdəliklərə və 65 milyon 369 min manat cəmi balans kapitalına malik olub. Bank ötən ilin sonunda 1 milyard 58 milyon 871.7 min manat cəmi aktivlərə, 1 milyard 6 milyon 411 min manat cəmi öhdəliklərə və 52 milyon 460 min manat cəmi kapitala malik idi. Kapitalın artması nizamnamə kapitalının artırılması ilə bağlıdır.
İlin birinci yarısında “AccessBank”ın xalis kredit portfeli 598 milyon 794 min manatdan 507 milyon 163 min manata düşüb, depozit portfeli isə 284 milyon 846 min manatdan 313 milyon 463 min manata qalxıb. Kredit portfelinin azalması kreditlərə tələbin azalması ilə əlaqədardır.
XARİCİ BORCLARINI QAYTARIR
“AccessBank” digər maliyyə müəssisələrindən (banklardan başqa) aldığı kreditlərin xeyli hissəsini qaytarıb. Bankın belə kredit borcu 511 milyon 151 min manatdan 347 milyon 574 min manata düşüb. Subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri 79 milyon 681.5 min manatdan 69 milyon 791 min manata geriləyib.
Birinci yarımildə “AccessBank”ın Mərkəzi Banka borcu 20 milyon manat azalıb. Belə ki, AMB-nın banka qarşı tələbləri 30 milyon manatdan 10 milyon manata düşüb.
KAPİTALI ARTIRILIR
15 mart 2017-ci il tarixində AccessBank-ın səhmdarların 34.85 mln manat məbləğində 8.2 mln yeni səhmlərin əldə etməsi nəticəsində Bankın nizamnamə kapitalı 119.85 mmilyon manata artırılmışdı. Bu il də Bankın nizamnamə kapitalının artırılacağı gözlənilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
12 d. əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
-
- 38 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
-
1 saat əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
17 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı






















