970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Taleh Kazımov maliyyə sektorunun inkişafından tam razı deyil: "Daha yaxşı nəticə istəyərdim". Mərkəzi Bankın 2024–2026-cı illər üzrə hədəflərinin 85 faizi yerinə yetirilib. Azərbaycanın maliyyə sektoru üçün yeni dördillik strategiya hazırlanıb. Mərkəzi Bank 2027–2030-cu illər üçün yeni inkişaf planını açıqlayacaq. Taleh Kazımov uğursuzluqlar barədə də hesabat verəcəklərini bildirib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub.

Marja.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, mövcud strategiyanın icrası üzrə müəyyən nəticələr əldə edilsə də, qarşıya qoyulan bütün məqsədlərə hələ nail olunmayıb.

“Strategiya üzrə müəyyən etdiyimiz hədəflərin və təşəbbüslərin, bildiyim qədər, 85 faizini indiyədək icra etmişik. Düşünürəm ki, bu, yaxşı göstəricidir. Amma istəyərdim ki, daha yüksək olsun”, – deyə Mərkəzi Bankın sədri qeyd edib.

Kazımov mövcud strategiyanın icra nəticələrindən tam razı olmadığını da bildirib. O vurğulayıb ki, 2024–2026-cı illəri əhatə edən strategiyanın yekun nəticələri barədə 2027-ci ilin birinci rübündə ictimaiyyətə hesabat təqdim olunacaq.

Həmin hesabatda strategiya üzrə əldə edilən uğurlar, qarşıya çıxan çətinliklər və icrası başa çatdırılmayan təşəbbüslər barədə ətraflı məlumat veriləcək.

2027–2030-CU İLLƏR ÜZRƏ YENİ STRATEGİYA HAZIRLANIR

Taleh Kazımov bildirib ki, Mərkəzi Bank artıq maliyyə sektorunun növbəti inkişaf strategiyasının hazırlanmasını yekunlaşdırmaq üzrədir. Yeni strategiya 2027–2030-cu illəri əhatə edəcək.

“2027–2030-cu illər üzrə Maliyyə Sektorunun İnkişafı Strategiyasının hazırlanması prosesi, demək olar ki, başa çatır. Əvvəlki strategiya kimi, bunu da ictimaiyyətə təqdim edəcəyik”, – deyə sədr bildirib.

Onun sözlərinə görə, yeni strategiyanın əsas istiqamətləri də 2027-ci ilin birinci rübündə açıqlanacaq. Mərkəzi Bank qarşıdakı strategiyanın icrası barədə də hər il hesabat verməyi planlaşdırır.

Kazımov qeyd edib ki, son üç-dörd ildə Mərkəzi Bankın ictimaiyyətlə kommunikasiya yanaşması əhəmiyyətli dərəcədə dəyişib və bu istiqamətdə şəffaflığın artırılması strategiyanın əsas prinsiplərindən biridir.

“Biz həm uğurlarımızı, həm də uğursuzluqlarımızı sizinlə paylaşacağıq”, – deyə Mərkəzi Bankın sədri vurğulayıb.

Mərkəzi Bank Taleh Kazımov Maliyyə Sektorunun İnkişafı Strategiyası 2024–2026 strategiyası 2027–2030 strategiyası maliyyə sektorunun inkişafı bank sektoru maliyyə bazarları strateji hədəflər Azərbaycan Mərkəzi Bankının hesabatı maliyyə islahatları
30.10.2026 18:02
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19