Taleh Kazımov: Kartdan-karta 66 milyard manat köçürülməsi normal deyil
Kartlara gündə 5 mədaxil, ayda 20 min manat – Taleh Kazımovdan mühüm açıqlamalar. Mərkəzi Bank kartdan-karta köçürmələrə tətbiq edilən limitləri dəstəkləyir – Taleh Kazımov səbəbləri açıqladı. nsiyaçılara 100–200 manat verib adlarına kart açdırırlar – Mərkəzi Bankın sədriAzərbaycan Mərkəzi Bankı bank sektorunun kartlara gündəlik 5 mədaxil əməliyyatı və aylıq 20 min manat məbləğində limit tətbiq edilməsi barədə qərarını dəstəkləyir.
Marja.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, bu məhdudiyyətlər Mərkəzi Bankın deyil, bank sektorunun birgə qəbul etdiyi qərardır.
“Bu qərarı həm şəxsən, həm də Mərkəzi Bank olaraq dəstəkləyirik”, – deyə Taleh Kazımov vurğulayıb.
Mərkəzi Bankın sədri bildirib ki, əvvəllər bankların kart əməliyyatlarına fərqli yanaşmaları rəqabət baxımından qeyri-bərabər şərait yaradırdı. Bankların vahid mövqedən çıxış etməsi isə tənzimləyici baxımından müsbət haldır.
Taleh Kazımovun sözlərinə görə, limitlərin tətbiq edilməsinin əsas səbəblərindən biri kartdan-karta köçürmələrin həddindən artıq artmasıdır.
O bildirib ki, ötən il Azərbaycanda kartdan-karta köçürmələrin həcmi 66 milyard manat təşkil edib. 2026-cı ilin avqust ayına olan göstərici isə 48 milyard manat olub.
Mərkəzi Bankın sədri bu qədər yüksək dövriyyənin yalnız vətəndaşların şəxsi köçürmələri ilə izah edilməsinin mümkün olmadığını bildirib.
Onun sözlərinə görə, kartdan-karta əməliyyatların müəyyən hissəsi vergidən yayınma, qanunsuz mərc oyunlarının təşkili və digər qeyri-qanuni fəaliyyətlərlə əlaqədardır.
Kazımov qeyd edib ki, belə əməliyyatlar bankların üzərinə əlavə monitorinq, təhlil və hesabatlılıq yükü qoyur.
Mərkəzi Bankın sədri bildirib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi vətəndaşın hər gün beş və daha çox mədaxil əməliyyatı qəbul etməsi normal maliyyə davranışı hesab edilmir.
Onun sözlərinə görə, əməkhaqqı və pensiya ödənişləri bu limitlərə şamil edilmir.
Bununla yanaşı, Taleh Kazımov vurğulayıb ki, tətbiq edilən limitlər mütləq qadağa deyil. Müştərilər banka müraciət edərək gündəlik 5 əməliyyat və aylıq 20 min manat limitinin artırılmasını və ya aradan qaldırılmasını tələb edə bilərlər.
Banklar müştərilərin fərdi vəziyyətini və təqdim etdikləri əsaslandırmanı nəzərə alaraq məhdudiyyətləri dəyişdirə bilərlər.
Eyni qayda bir bank məhsulu üzrə yalnız bir kart verilməsi yanaşmasına da aiddir. Müştəri əlavə karta ehtiyacını əsaslandırdıqda bank ikinci kartın verilməsi məsələsinə baxa bilər.
Taleh Kazımov bu məhdudiyyətin tətbiq edilməsinin səbəblərindən birinin yaşlı və pensiyaçı vətəndaşların adlarına əlavə kartların açdırılaraq həmin kartlardan qanunsuz əməliyyatlar üçün istifadə edilməsi olduğunu bildirib.
Onun sözlərinə görə, bəzi şəxslər vətəndaşlara 100–200 manat ödəyərək onların adına kartlar açdırır, daha sonra həmin kartlardan qeyri-qanuni dövriyyələr üçün istifadə edirlər.
Mərkəzi Bankın sədri qeyd edib ki, tətbiq edilən limitlərin nağd pul dövriyyəsini artıracağı ilə bağlı narahatlıqlar hələlik özünü doğrultmayıb.
Onun sözlərinə görə, avqust və sentyabr ayları üzrə müşahidələr nağd əməliyyatların həcminin artmadığını, əksinə azaldığını göstərir.
Kazımov vurğulayıb ki, qanuni fəaliyyətlə məşğul olan vətəndaşlar üçün bu limitlər ciddi problem yaratmamalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
5 d. əvvəl
QR kod vasitəsilə ödənişlərin qəbulu üzrə tariflər daha aşağıdır - KAZIMOV SAHİBKARLARA ÇAĞIRIŞ ETDİ
-
22 d. əvvəl
Mərkəzi Bank yerli ödəniş alətini hazırlayıb, hazırda sınaqları həyata keçirilir
-
28 d. əvvəl
Taleh Kazımov: Kartdan-karta 66 milyard manat köçürülməsi normal deyil
-
33 d. əvvəl
Mərkəzi Bank Visa və Mastercard-dan qiymətləri endirməyi istəyir - İlin sonuna nəticə gözlənilir
- 34 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20%-dən çox artıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Mərkəzi Bankın sədri Taleh Kazımovdan mühüm açıqlamalar - "Mərkəzi Bank kart limitlərini dəstəkləyir"
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Ən çox oxunanlar
İcmal və dövlət büdcələrinin icrasına dair operativ məlumat
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20%-dən çox artıb
"Valyuta bazarına əlavə 0,5 - 1 milyard dollar civarında alış yönümlü müdaxilə edəcəyimizi gözləyirik"
Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Əhali dollar satır, Mərkəzi Bank alır - Azərbaycanda dollar bolluğu

























