Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq “WebTrust for CA” auditindən uğurla keçib

Azərbaycanın texnologiya şirkəti "AzInTelecom" beynəlxalq təhlükəsizlik auditindən keçib. Rəqəmsal imza infrastrukturu yoxlanılıb, beynəlxalq standartlara uyğunluğu təsdiqlənib.
AzVak-mobil_resmin_ustu_31
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq “WebTrust for CA” auditindən uğurla keçib
iç səhifə xəbər şəkil altı (mobil)_32

AZCON Holding şirkətlərindən olan AzInTelecom MMC beynəlxalq səviyyədə tanınmış “WebTrust for Certification Authorities” (WebTrust for CA) auditini uğurla başa vurub. Müstəqil qiymətləndirmə şirkətin rəqəmsal imza infrastrukturunun təhlükəsizliyi və idarə olunması üzrə tətbiq edilən proseslərin beynılxalq standartlara uyğunluğunu təsdiqləyib.

Amerika Sertifikatlı Mühasiblər İnstitutu (AICPA) və Kanada Peşəkar Mühasiblər Təşkilatı (CPA Canada) tərəfindən hazırlanmış “WebTrust for CA” sertifikat xidmətləri göstərən qurumlar üçün beynəlxalq səviyyədə tanınmış audit standartıdır. Audit çərçivəsində AzInTelecom-un informasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri, kriptoqrafik açarların idarə olunması və əməliyyat prosesləri müstəqil auditorlar tərəfindən hərtərəfli qiymətləndirilib.

Reklam_3_11

“Bizim əsas məqsədimiz dövlət və biznes proseslərinin rəqəmsallaşmasını dəstəkləyən, etibarlı elektron xidmətlərin genişlənməsinə imkan yaradan infrastruktur formalaşdırmaqdır. Müstəqil auditin uğurla tamamlanması AzInTelecom-un yerli və beynəlxalq bazarda etibarlı texnoloji tərəfdaş kimi mövqeyini möhkəmləndirir və yeni əməkdaşlıq imkanlarının inkişafı üçün zəmin yaradır”, — deyə AzInTelecom-un İnformasiya Təhlükəsizliyi Departamentinin rəhbəri Ruslan Dadayev bildirib.

“WebTrust for CA” auditinin nəticəsi korporativ müştərilər, dövlət qurumları və fərdi istifadəçilər üçün  AzInTelecom-un rəqəmsal imza xidmətlərinin təhlükəsizliyinə, məxfiliyinə və etibarlılığına əlavə təminat yaradır. Eyni zamanda şirkəti rəqəmsal imza sahəsində beynəlxalq tələblərə cavab verən, etibarlı tərəfdaş kimi mövqeləndirir.

AzInTelecom rəqəmsal xidmətlərini beynəlxalq standartlara uyğun inkişaf etdirməklə təhlükəsiz elektron xidmətlərin genişlənməsinə, ölkənin rəqəmsal ekosisteminin inkişafına və Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi hədəfinə töhfə verir.

AzInTelecom AZCON Holding WebTrust for CA WebTrust auditi rəqəmsal imza elektron imza rəqəmsal sertifikat informasiya təhlükəsizliyi kriptoqrafik açarlar rəqəmsal transformasiya beynəlxalq audit Azərbaycan rəqəmsal iqtisadiyyatı elektron xidmətlər kibertəhlükəsizlik.
29.10.2026 10:10
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19