Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Bu gün Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 29 oktyabr 2026-cı il tarixində saat 10:00-da dərc olunacaq. Bu gün saat 11:00-da Mərkəzi Bankda mətbuat konfransı keçiriləcək

Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı sonuncu qərarı ilə uçot dərəcəsi 6.5%, yuxarı həddi isə 7.5% səviyyəsində sabit saxlanılıb. Faiz dəhlizinin aşağı həddi isə 0.5 faiz bəndi azaldılaraq 5% səviyyəsində müəyyən edilib.

Reklam_3_11

Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, valyuta bazarında gedən proseslər, bank sektorunun likvidlik mövqeyinin dəyişimi, eləcə də qlobal monetar şəraitdə müşahidə olunan son meyillər nəzərə alınıb. Bu qərar 24 sentyabr 2026-cı il tarixindən etibarən qüvvəyə minib. 

Hər gün yeni vakansiyalar - AzVak.az-da

 

İllik inflyasiya azalıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% artıb. Müqayisə üçün, yanvar–avqust ayları üzrə də illik inflyasiya 5,7% təşkil etmişdi. Beləliklə, 9 aylıq dövrün yekununda orta illik inflyasiya göstəricisi əvvəlki hesabat dövrü ilə müqayisədə dəyişməyib.

Cari ilin sentyabr ayında istehlak qiymətləri avqust ayına nisbətən 0,9 faiz, 2025-ci ilin sentyabr ayına nisbətən isə 5,5 faiz artıb. Cari ilin avqust ayında istehlak qiymətləri iyul ayına nisbətən 0,2 faiz, 2025-ci ilin avqust ayına nisbətən isə 5,7 faiz artmışdı. Beləliklə, sentyabrda illik inflyasiya 0,2 faiz bəndi azalıb.

İllik inflyasiya Mərkəzi Bankın hədəf diapazonu (2% - 6% aralığı) daxilindədir.

Mərkəzi Bank qeyd etmişdi ki, cari ilin qalan dövründə də faiz dəhlizinə dair qərarlar inflyasiya proqnozu, əsas makroiqtisadi göstəricilərin dinamikası, valyuta bazarında gedən proseslər və bank sektorunda likvidliyin dinamikası nəzərə alınmaqla qəbul ediləcəkdir. Qlobal mühitdəki qeyri-müəyyənlikləri və onların daxili iqtisadiyyata ötürülmə intensivliyini nəzərə alaraq bundan sonra da makroiqtisadi göstəricilər üzrə proqnozlar bir neçə ssenari əsasında nəzərdən keçiriləcəkdir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

 

29.10.2026 09:20
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19