Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə

Xankəndidə Antiinhisar Qanunvericiliyinin Pozulmalarının Birgə Araşdırılması üzrə Qərargahının 47-ci iclası keçirilib. İclasda rəqabət siyasəti üzrə aktual məsələlər müzakirə olunub və növbəti gün baş tutacaq MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclasında nəzərdən keçiriləcək mövzular üzrə fikir mübadiləsi aparılıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Xankəndi şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının Antiinhisar Qanunvericiliyinin Pozulmalarının Birgə Araşdırılması üzrə Qərargahının 47-ci iclası keçirilib.

İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın müvafiq dövlət qurumlarının nümayəndələri, eləcə də MDB İcraiyyə Komitəsinin, Avrasiya İqtisadi Komissiyasının, Regional Rabitə Birliyinin və Antiinhisar Ekspertləri Assosiasiyasının təmsilçiləri iştirak ediblər.

Rusiya Federal Antiinhisar Xidmətinin rəhbər müavini – dövlət katibi Sergey Puzırevskinin sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin birinci müavini Cəfər Babayev və MDB İcraiyyə Komitəsinin İqtisadi Əməkdaşlıq Departamentinin Ticarət və maliyyə siyasəti şöbəsinin rəis müavini Oleq Smirnov açılış nitqi ilə çıxış ediblər. Çıxışlar zamanı rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri, maliyyə, səhiyyə, peyk rabitəsi və birja ticarəti kimi mühüm sektorlarda antiinhisar nəzarətinin gücləndirilməsi, həmçinin birgə tədqiqatların aparılması məsələləri müzakirə olunub. Eyni zamanda, Qərargahın fəaliyyətinin yeni istiqamətləri və dövlətlərarası əməkdaşlığın inkişafı üçün atılacaq növbəti addımlar müəyyənləşdirilib.

Qeyd edək ki, MDB-yə üzv dövlətlərin Antiinhisar Qanunvericiliyinin Pozulmalarının Birgə Araşdırılması üzrə Qərargahı 2006-cı ildə MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının qərarı ilə yaradılıb. Qərargahın əsas məqsədi MDB məkanında transmilli bazarlarda fəaliyyət göstərən şirkətlərin rəqabətəzidd davranışlarının birgə araşdırılmasını təmin etmək, rəqabət qanunvericiliyinin pozulması hallarının qarşısının alınmasına töhfə vermək və üzv dövlətlərin rəqabət orqanları arasında praktiki əməkdaşlığı gücləndirməkdir.

Xankəndi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi MDB antiinhisar rəqabət qanunvericiliyi antiinhisar nəzarəti maliyyə bazarı birja ticarəti bank sektoru səhiyyə sektoru peyk rabitəsi rəqəmsal texnologiyalar transmilli şirkətlər rəqabət mühiti Cəfər Babayev Sergey Puzırevski Oleq Smirnov Avrasiya İqtisadi Komissiyası antiinhisar qanunvericiliyinin pozulması dövlətlərarası əməkdaşlıq Xankəndi 2026
28.10.2026 22:16
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19