970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
iç səhifə xəbər şəkil altı (mobil)_32

Unibank maliyyə savadlılığı layihəsi çərçivəsində məktəblilər üçün 31 Oktyabr Beynəlxalq Əmanət Gününə həsr olunmuş təlim təşkil edib.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilati dəstəyi ilə keçirilən tədbirdə 6–7-ci siniflərdə təhsil alan 30 şagird iştirak edib. Məqsəd uşaqlara maliyyə ilə düzgün davranış, pulun idarə olunması və gündəlik həyatda doğru maliyyə qərarlarının verilməsi ilə bağlı ilkin bilik və vərdişlər aşılamaq olub.

Təlim zamanı şagirdlərə pul, əmanət, kredit, xərclərin planlaşdırılması və qənaət mövzularında məlumat verilib. Uşaqlar gəliri necə bölüşdürmək, ehtiyac və istəkləri bir-birindən ayırmaq, xərclərə nəzarət etmək və yığım vərdişi formalaşdırmaq barədə praktiki nümunələr üzərində işləyiblər.

Mövzuların daha rahat mənimsənilməsi üçün müxtəlif oyunlar və interaktiv tapşırıqlardan istifadə olunub. Şagirdlər büdcə bölgüsü, qənaət və maliyyə qərarları ilə bağlı situasiyaları oyun formatında həll edərək öyrəndiklərini praktik şəkildə tətbiq ediblər.

Təlim çərçivəsində uşaqlar üçün Unibank filialına ekskursiya da təşkil olunub. Şagirdlər bankın gündəlik fəaliyyəti ilə yaxından tanış olub, müxtəlif bank prosesləri barədə məlumat alıblar. Xüsusilə pul sayan maşının iş prinsipi uşaqların böyük marağına səbəb olub.

Əmanət Günü ilə bağlı şagirdlərə yığım və əmanətin əhəmiyyəti, pulun düzgün idarə olunması və gələcək üçün maliyyə planlamasının faydaları barədə maarifləndirici məlumatlar təqdim edilib.

Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.

Unibank maliyyə savadlılığının erkən yaşlardan formalaşmasının gələcəkdə daha düzgün maliyyə qərarlarının verilməsində mühüm rol oynadığını əsas götürərək, bu istiqamətdə maarifləndirici təşəbbüslərini davam etdirir.

Unibank – Sənin Bankın!

Unibank maliyyə savadlılığı Unibank məktəblilər Beynəlxalq Əmanət Günü 31 Oktyabr Azərbaycan Banklar Assosiasiyası ABA uşaqların maliyyə savadlılığı pul yığmaq qənaət etmək əmanət bank əmanətləri şəxsi büdcə pulun idarə edilməsi məktəblilər üçün maliyyə təlimi bankçılıq maliyyə maarifləndirilməsi uşaqlara maliyyə təhsili Unibank 2026
29.10.2026 11:00
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Yeni Ombudsman seçiləcək
Yeni Ombudsman seçiləcək
29.10.2026 10:42
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19