bp bu ay ACE platformasından ilk istismar quyusunu qazmağa hazırlaşır
bp şirkəti noyabr ayında "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunda "Mərkəzi Şərqi Azəri" (ACE) platformasından ilk istismar quyusunu qazmağa hazırlaşır və bu, planlaşdırıldığı kimi, 2024-cü ilin əvvəlində ACE-dən ilk nefti hasil etməyə imkan verəcək.
Bunu müsahibəsində bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
"Bu ilin mart ayında ACE-nin dayaq blokunu dənizə göndərmişik və "Azəri-Çıraq-Günəşli" yatağında daimi yerində quraşdırmışıq. Bundan sonra avqust ayında ACE-nin üst modulları dənizə yola salınıb. Dənizdə üst modulların quraşdırılması, montaj və işə salınması artıq başa çatıb. Layihə hazırda 94 faiz reallaşdırılıb", - o deyib.
AÇG-də qiymətləndirmə quyusunun qazılması
B.Aslanbəylinin sözlərinə görə, hazırda hasilatın aparıldığı neft yatağının altındakı dərin qaz laylarına dair məlumat əldə etmək məqsədilə quyunun qazılmasına 7 fevral 2023-cü il tarixində başlanılıb.
"Qazma işlərini aprel ayında tamamlamışıq. Hazırda quyudan əldə edilən məlumatları və AÇG-nin dərin qaz laylarının potensialını öyrənirik", - deyə o bildirib.
"Şahdəniz"də SDX-8 quyusunun qazılması
"Şahdəniz" müqavilə sahəsində SDX-8 kəşfiyyat quyusunun qazılmasına 20 yanvar 2023-cü ildə başlanılıb. Qazılmasına Heydər Əliyev adına yarımdalma qazma qurğusunun cəlb olunduğu quyu "Şahdəniz" yatağının şərq cinahında yerləşir. Quyunu ümumilikdə 7 min metr dərinliyində qazmağı planlaşdırırıq", - o deyib.
bp şirkətinin vitse-prezidenti hazırda qazma işlərinin təhlükəsiz və stabil qaydada davam etdiyini qeyd edib.
"Şahdəniz-2"də şərq-şimal cinahından hasilatın başlaması
B.Aslanbəyli "Şahdəniz-2" layihəsi çərçivəsində şərq-şimal cinahında hasilatın dördüncü rübdə başlaması üzrə işlərin qrafik üzrə irəlilədiyini qeyd edib.
"Bu layihə çərçivəsində quraşdırma və sınaq işləri "Shah Deniz Bravo" platformasında həm sualtı, həm də üst modullarda davam edir. Layihə çərçivəsində gəmilərin köməyilə şərq-şimal cinahının istismar sınaqlarının təmin edilməsi üzrə işlər başa çatıb və bütün sistemi işə salmaq üçün hazırda platformada istismar sınaqları davam edir", - o deyib.
Cəbrayılda günəş elektrik stansiyası
"Sunrise" Cəbrayılda inşa olunacaq 240 meqavatt gücündə günəş elektrik stansiyasıdır. Lakin bu tipik günəş enerjisi layihəsi deyil, bu layihənin fəaliyyətimizin dekarbonizasiyasına imkan yaradacaq digər layihə ilə əlaqəli olacağı gözlənilir. Buna "Virtual enerji ötürmə sxemi" adlı pilot kommersiya strukturu vasitəsilə nail olunacağı gözlənilir. Bu yanaşma Energetika Nazirliyi ilə razılaşdırılıb və cari əməliyyatlarımızı virtual enerji ötürmə yolu ilə həyata keçirmək üçün Cəbrayılda hasil olunan elektrik enerjisini almağımıza imkan verəcək", - deyə bp-nin vitse-prezidenti bildirib.
O, bp-nin hazırda hökumət, SOCAR və digər tərəfdaşlarla layihə ilə əlaqəli yerdə qalan texniki və kommersiya məsələlərinin həlli üzərində işlədiyini qeyd edib.
"2023-cü ildə Cəbrayılda günəş elektrik stansiyasının inşası üçün sahə araşdırmaları apardıq, həmçinin SOCAR və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə "Sunrise" ("Şəfəq") layihəsi üzrə qoşulma sazişi imzaladıq. Sənəddə SOCAR və AİŞ-in layihədə iştirak etmək niyyətində olduqları qeyd edilib. Bu ondan xəbər verir ki, biz durmadan layihə üzrə yekun investisiya qərarını qəbul etməyə doğru irəliləyirik", - deyə B.Aslanbəyli əlavə edib.
Yeni yaradılmış "Shafag (Cəbrayıl) Solar Limited" şirkətinə gəlincə, B.Aslanbəyli bunun "Şəfəq" layihəsinin sahibliyi və idarə olunması üçün yaradılmış hüquqi şəxs olduğunu bildirib.
Bakı-Supsa neft boru kəməri
"Bakı-Supsa boru kəməri sisteminin, o cümlədən Supsa terminalının fəaliyyətini 15 mart 2022-ci ildən dayandırmışıq. Bu, tankerlər olmadığı təqdirdə boru kəmərinin fəaliyyətinin dayanması ehtimalının qarşısını almaq üçün ehtiyat tədbiri idi. Həmin tarixdən etibarən Bakı-Supsa neft boru kəməri yalnız Supsada tanker yüklənməsi üçün müraciət daxil olduqda istifadə olunub. Bu proses çərçivəsində növbəti hər aya dair qərar əvvəlki aylarda yükgöndərənlər tərəfindən daxil olan müraciətlər əsasında qəbul olunur", - deyə Bəxtiyar Aslanbəyli qeyd edib.
Onun sözlərinə görə, hazırda bu vəziyyətlə bağlı heç bir dəyişiklik yoxdur və noyabr ayı üçün müraciət daxil olmayıb.
2024-cü ildə yataqlarda profilaktik işlərin aparılması üzrə planlar
"2024-cü il üçün bütün fəaliyyət planlarımız (illik proqram işləri), o cümlədən profilaktik işlər üzrə planlar hələ SOCAR və digər tərəfdaşlar tərəfindən təsdiqlənməlidir. Təsdiq olunduqdan sonra biz növbəti ilə planlaşdırılan profilaktik işlərdən danışa bilərik", - deyə o sonda deyib.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
45 d. əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
2 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
2 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
3 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
3 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
3 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
3 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR









.webp)









.jpg)









.jpg)
