Bankların başı üstündə yeni “qara bulud” - KREDİTLƏR SÜRƏTLƏ AZALIR
Müştərilərə verilən kreditlərin azalması ilə əksər bankların faiz gəlirləri azalır. Əgər trend davam edərsə yaxın gələcəkdə bankların gəlirləri xərclərini bağlamaya bilər. Nəticədə də, banklar yenidən zərərlər edəcəklər.
30 İyun 2017-ci il tarixində bankların müştərilərə verdikləri kreditlər 13 milyard 462 milyon manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından “Marja”ya daxil olmuş məlumata görə, iyunda müştərilərə verilmiş kreditlər 916,6 milyon manat azalıb. Belə ki, 30 May 2017-ci il tarixində müştərilərə verilmiş kreditlər 14 milyard 378.6 milyon manat idi.
Müştərilərə verilmiş kreditlər, 2016-cı ilin sonunda 15 milyard 938 milyon manat, cari il Yanvarın sonunda 16 milyard 206.6 milyon manat, Martın sonunda 15 milyon 53.1 milyon manat, Aprelin sonunda isə 15 milyard 34 milyon manat təşkil etmişdi.
Azalmanın bir hissəsi ilin əvvəlindən Dolların Manat qarşısında 4% ucuzalaşması ilə bağlıdır. Belə ki, kreditlərin yarıya yaxını ABŞ valyutasında verilib. Dolların bahalaşması və ucuzlaşması manat ilə ifadədə kreditlərin artıb-azalmasına səbəb olur.
Palata bildirmişdi ki, May ayı ərzində kredit portfelinin azalmasının böyük hissəsi Azərbaycan Beynəlxalq Bankının toksit aktivlərinin Aqrarkredit QSC-ə ötürülməsi ilə bağlıdır.
Kreditlərə təlabat azaldığından bankların gəlirləri geriləyir. Əksər banklar gəlir formalaşdırmaqda çətinlik çəkdiklərindən qarşıdakı dövrlərdə zərər edə və buna görə kapitallarının bir hissəsini itirə bilərlər.
Qeyd edək ki, kreditlərə tələbatın azalmasının əsas səbəbi sərt monetar siyasət və risklər nəticəsində faizlərin yüksək olmasıdır. Bundan başqa sahibkarların da bir sıra çətinlikləri qalmaqdadır, onların dövriyyələri xeyli azalıb. Bir çox sahibkar şəffaf işləmədiyi və kredit şərtlərinə cavab vermədiyi üçün də banklardan kredit ala bilmirlər. İqtisadiyyatda nikbinlyin artdığı, qeyri-neft sektorunun inkişaf etdiyi (Dövlət Statistika Komitəsi bildirir) dövrdə bankların faiz gəlirlərinin azalması məntiqsizdir. İqtisadiyyat toparlanırsa, qeyri-neft sektoru inkişaf edirsə, kreditlərə tələb artmalı idi. Yəqin ki, tənzimləyici və digər əlaqədar qurumlar bu vəziyyətdən xəbərdardırlar, atılacaq addımlar ilə mənfi gedişatın qarşısı alınacaqdır.
Maliyyə alətləri az olduğundan banklar vəsaitlərini yerləşdirməkdə çətinlik çəkirlər. Bir sıra banklarda izafi likvidliyin yarandığı da bildirilir.
Qeyd edək ki, bankların kredit portfeli artsa da, depozit portfeli, o cümlədən əhalinin əmanətləri artır. 30 İyun 2017-ci il tarixinə banklarda əhalinin əmanətləri 6 milyard 880.7 milyon manat həcmində olub. Aprelin sonunda əhalinin əmanətləri 6 milyard 847.5 milyon manat, Mayın sonunda isə 6 milyard 820.1 milyon manat həcmində idi.
İyunda cəmi depozitlər 16 milyard 651.3 milyon manatdan 16 milyard 687.2 milyon manata yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
5 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
4 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
3 saat əvvəl
“Prior Lizinq”dən ölkədə ilk: 7 illik faizsiz lizinq imkanı! ®
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
-
8 saat əvvəl
Alibaba-dan nəhəng gediş – 10,2 milyard dollarlıq səhm satdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
ABŞ İrana qarşı “İqtisadi Təcrid Əməliyyatı”na başladı - İranla işləyənlər dollar sistemindən çıxarılacaq
Bakıda 8-ci SUBWAY restoranı açılır
Porsche məsləhət xidmətləri göstərən şirkətini satır
Ən çox oxunanlar
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
Alibaba-dan nəhəng gediş – 10,2 milyard dollarlıq səhm satdı
“Lombard” kreditinə illik 10%-dək endirim - ŞƏRTLƏR ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İran rialı çökür – Dollar 2 milyon rial həddini keçdi
Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı oldu!


















