Türkiyənin vergi rekordçuları bəlli olub - Selçuk Bayraktar 1-ci olub
Türkiyədə hər bir vergi ödəyicisi 2022-ci il vergi dövrü üçün orta hesabla 85 min 8 lirə vergi tutulan məbləği bəyan edib. Bu u baza üzrə hesablanmış gəlir vergisinin orta məbləği 26 min 413 lirə olub. Türkiyənin 2022-ci ilin gəlir vergisi rekordçusu "Baykar" şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar olub.Türkiyənin Vergi Gəlirləri İdarəsi 2022-ci il vergi dövrü üçün illik gəlir vergisi bəyannaməsi nəticəsində Türkiyə daxilində ən çox vergi bəyan edən 100 vergi ödəyicisinin siyahısını açıqlayıb.
Marja.az xəbər verir ki, Türkiyədə 2022-ci ildə 4 milyon 43 min 467 vergi ödəyicisi tərəfindən illik gəlir vergisi bəyannaməsi təqdim edilib.
Bu bəyannamələr ilə 343 milyard 727 milyon 778 min 813 lirə vergi tutulan dövriyyə bəyan edilib. Bu məbləğdən 106 milyard 800 milyon 753 min 728 lirə gəlir vergisi hesablanıb.
Hər bir vergi ödəyicisi Türkiyə daxilində 2022-ci il vergi dövrü üzrə orta hesabla 85 min 8 lirə vergi tutulan dövriyyə bəyan edərkən, bu dövriyyədən orta hesabla 26 min 413 lirə gəlir vergisi hesablanmışdır.
Türkiyə miqyasında gəlir vergisi ödəyiciləri arasında toplanan ən yüksək vergiyə malik ilk 100 vergi ödəyicisinin vilayətlər üzrə bölgüsündə İstanbul 87 rekordçu ilə birinci yeri tutub. Növbəti yerlərdə Ankara (7), İzmir (3), Diyarbəkir (1), Tekirdağ (1) və Afyonkarahisar (1) gəlir.
2022-ci ilin vergi dövrü üzrə gəlir vergisi bəyannamələrində əvvəlki illə (2021-ci il) müqayisədə bəyan edilmiş ümumi bazada 88,97 faiz, cəmi hesablanmış vergidə isə 96,88 faiz artım qeydə alınıb.
76 rekordçu adlarının açıqlanmasını istəməyib
"Baykar" şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar Türkiyənin 2022-ci il vergi rekordçuları siyahısında birinci olub. O, 564 milyon 124 min 318 lirə (cari məzənnə ilə 32,5 milyon manat) gəlir vergisi ödəyib.
İkinci yeri tutan vergi ödəyicisi adının açıqlanmasını istəməyib.
200 milyon 757 min 695 lirə (11,6 milyon manat) gəlir vergisi ilə "Koç Holdinq"in fəxri sədri Rahmi Koç üçüncü olub.
Siyahıda 4, 5, 6 və 7-ci yerləri tutan vergi ödəyiciləri adlarının açıqlanmasını istəməyiblər.
"Enka İnşaat ve Sanayi" şirkətinin İdarə Heyətinin sədri Mehmet Sinan Tara 120 milyon 184 min 394 lirə vergi ilə siyahıda 8-ci yerdə qərarlaşıb.
"Koç Holdinq"in İdarə Heyətinin üzvü İpek Kıraç 115 milyon 634 min 175 lirə gəlir vergisi ödənişi ilə 9-cu yeri tutub.
"Koç Holdinq"in İdarə Heyətinin sədri Ömer Koç 114 milyon 318 min 794 lirə vergi ilə 10-cu yeri tutub.
İlk 100-lükdə yer alan 76 rekordçu adlarının açıqlanmasını istəməyib.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
6 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
6 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
6 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
6 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
8 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton























