Çoxdan gözlənilən Tank 500 Hibrid artıq satışdadır - QİYMƏT, FOTO
Tank 500 Hibrid modeli üçün minimum ilkin ödəniş 20%, illik faiz dərəcəsi isə 10% təşkil edir. Kredit müqaviləsinin maksimum müddəti 60 aydır (5 il). Avtomobilin yerli bazarda qiyməti 87 900 AZN-dir.()®) “Marriott Absheron” otelində Çinin avtomobil nəhəngi Great Wall Motor (GWM) tərəfindən istehsal olunan, Azərbaycanda çoxdan gözlənilən Tank 500 Hibrid avtomobilinin təqdimatı olub.
Tank brendi uzun illərdir Çinin ən böyük avtomobil ixracatçılarından biri olan GWM (Great Wall Motor) qrupunun törəmə şirkətidir. Bu marka premium yolsuzluq avtomobillərinin istehsalında ixtisaslaşmışdır. GWM avtomobil nəhənginin daha bir brendi Haval artıq bir neçə ildir ki, Azərbaycanda və digər ölkələrdə uğurla satılır.

Tank 500 modeli seriya istehsalına başlamazdan əvvəl artıq trendə çevrildi. Yalnız istehsalı planlaşdırılan avtomobil prototipinin (Quançjouda keçirilən beynəlxalq avtosalonunda) təqdimatından sonra ilk 7 gün ərzində zavod bu modeldən 30.000 ədəd ilkin sifarişlər aldı. Bu gün isə 250.000-dən çox Tank 500 yolsuzluq avtomobili artıq sahiblərini tapıblar. İnternet resurslarında Çin kuzovlu ofroad avtomobilinin yolsuzluq imkanlarını nümayiş etdirən kifayət qədər videolar var, baxmayaraq ki, bu modelin potensialı bununla məhdudlaşmır. Tank 500 Hibrid, sərnişinlərin rahatlığına xələl gətirmədən orta və uzun məsafələri qət edə bilən güclü, ağıllı, premium, ailə SUV kimi hazırlanmışdır.
Azərbaycanda Tank 500 yolsuzluq avtomobili rəsmi diler tərəfindən 7 nəfərlik tam hibrid kuzov konfiqurasiyasında idxal ediləcək ki, bu da yanacaq sərfiyyatını iki dəfə azaltmağa və avtomobilin gücünü əhəmiyyətli dərəcədə artırmağa imkan verir.

Paradoksal fakt ondan ibarətdir ki, ölkədə tam hibrid avtomobillərə qarşı nəzərə çarpan tendensiyaya baxmayaraq, tam çəkən (4WD) ramlı yolsuzluq avtomobilləri seqmentində yer praktiki olaraq boş idi. Yəni Azərbaycanda idxalı başlanan konfiqurasiyada və satıldığı qiymətə (87 900 AZN) Tank 500-ün praktiki olaraq rəqibi yoxdur. Bunu bu model üçün əvvəlcədən sifariş sayı və çatdırıldıqdan sonra ilk bir neçə gün ərzində Bakıya gətirilən avtomobillərin debüt partiyasının tam satışı da təsdiqləyir.
Yanacağa qənaət və qiymətə əlavə olaraq, Tank 500-ün əlavə rəqabət üstünlüyü onun yolsuzluq imkanlarıdır. Elektrik mühərriki ilə tandemdə işləyən 2 litrlik turbo benzin mühərriki sayəsində 2,6 tonluq ofroad modeli 100 km/saat sürətə cəmi 7,9 saniyəyə çatır ki, bu da bu kuzovlu avtomobil üçün fenomenal göstəricidir. Model 350 at gücünə, fırlanma anı 648 Nm bərabərdir.

Kredit şərtləri və qiyməti
Azərbaycanda avtomobilin rəsmi dileri geniş kredit alış opsiyaları əsasında Tank 500 Hibrid modelini təklif edir. Minimum ilkin ödəniş 20%, illik faiz dərəcəsi isə 10% təşkil edir. Kredit müqaviləsinin maksimum müddəti 60 aydır (5 il). Avtomobilin yerli bazarda qiyməti 87 900 AZN-dir.
Zəmanət
GWM zavodu öz avtomobillərinin hibrid seriyasına (Tank, Haval) 8 illik (və ya 160.000 km) rəsmi zəmanət verir ki, bu da rəsmi dilerdən Azərbaycana gətirilən avtomobillərə aiddir.
Şirkət haqqında
"Azerbaijan Automobiles" QSC Azərbaycanda GWM, Bentley və Volkswagen avtomobil markalarının yeganə rəsmi distribyutorudur.
Əlaqə
GWM avtomobil salonu Babək prospekti 282 ünvanında yerləşir.
Əlaqə telefonları: *7999, +994556782424
WhatsApp: +994556782424.
Rəsmi sayt: https://haval.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
10 saat sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 4 d. əvvəl
- 5 d. əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
1 gün əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
1 gün əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 19 GÜN
Mayın 25-də gözlənilən hava şəraiti
AZAL-ın sədrindən aviabiletlərin qiymətləri barədə açıqlama
Ən çox oxunanlar
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb






.jpg)













.jpg)

