Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
(®) Sərxoş halda avtomobil idarə etməyə qarşı kifayət qədər sərt tədbirlər görülsə də, hər il dünyada ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin 30-35%-i sərxoş vəziyyətdə avtomobil idarə edilməsi səbəbindən baş verir.
Alkoqol qərar vermə, reaksiya, düşünmə və əzələ koordinasiyasını pozan bir maddədir. Bütün bu bacarıqlar avtomobili təhlükəsiz idarə etmək üçün vacibdir.
İnsanın orqanizmində alkoqol səviyyəsi artdıqca mərkəzi sinir sisteminə təsirləri də artır. Alkoqol birbaşa mədə və nazik bağırsağın divarları vasitəsilə sorulur. Sonra qaraciyərdə metabolizə olunana qədər toplandığı qan dövranına keçir və beyinə çatır. İnsan orqanizmində alkoqol miqdarı promilli ilə ölçülür. Ölkəmizdə qanda sükan arxasına əyləşmək üçün icazə verilən alkoqol konsentrasiyası həddi 0,3 promilə qədərdir.
Bununla belə, az miqdarda spirt belə sürücülük qabiliyyətinə təsir edə bilər. Qanda alkoqolun miqdarı 0,3 promildən artıq olduqda sürücü sərxoş hesab edilir və ölkəmizin qanunlarına görə 1 ildən 2 ilə qədər sürücülük hüququnun məhdudlaşdırılması və ya 300 manatdan 700 manatadək cərimə tətbiq edilir.
Testdə çıxmaz fikirləşdiyiniz qədər qəbul etdiyiniz spirtli içki də, sizi təhlükəli sürücü edə bilər. Statistikaya görə insanların 30%-i öz həyatları boyu sərxoşluqla əlaqəli yol nəqliyyat hadisəsinin təsirinə məruz qalır.
0.2 promil: Vizual funksiyaların azalması, eyni zamanda iki vəzifəni yerinə yetirmək bacarığında azalma.
0.5 promil: Koordinasiya, hərəkət edən obyektləri izləmək, sükan çevirmək, təcili vəziyyətlərə reaksiya vermək qabiliyyətini azaldır.
0.8 promil: Konsentrasiya, qısamüddətli yaddaş itkisi, məlumat emalı qabiliyyətinin və qavrama qabiliyyətinin azalması.
Kofe,soyuq duş və ya təmiz havada bir dövrə qaçmaq, özünüzü yaxşı hiss etməyinizə səbəb olar, ancaq sizi ayıq etməyəcək.
Sərxoş vəziyyətdə avtomobil idarəetməsinin qarşısını almaq üçün mütəmadi reydlər, müxtəlif maarifləndirici kampaniyalar və tədbirlər keçirilir.
Belə ki, ilk dəfə sistemli halda 1988-ci ildə ABŞ-da "Harward Alcohol Project” silsilə tədbirləri başlamış, siyasətçilər, Hollivud ulduzları təbliğata geniş dəstək verərək dünyada "təyin edilmiş sürücü” (designated driver) ənənəsi yaranmağa başlamışdır. Bir neçə nəfərdən ibarət qrup hər hansı əyləncəyə getməzdən öncə, öz araqlarından birini "təyin edilmiş sürücü” edir. Hətta onun üçün bunun qarşılığında hesabın ödənilməməsi və s. kimi müxtəlif güzəştlər edilir.
Sonralar müxtəlif şəxslər tərəfindən müstəqil olaraq ayıq sürücü xidmətləri göstərilməyə başlandı. "Ayıq sürücü” ona edilmiş ödəniş qarşılığında müştərinin və onları müşayiət edən şəxslərin qeyd etdikləri ünvanlardan müştərilərin öz nəqliyyat vasitələrində götürülməsi və sifarişdə göstərilən ünvana çatdırılması fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.
Lakin, pərakəndə xidmət göstərən ayıq sürücülər hər kəs üçün əlçatımlı olmur, əksər hallarda lazım olan ünvandan uzaqda olurlar, bəzən isə müvafiq sürücülük və şəxsi keyfiyyətlərə malik olmadan xidmət göstərirlər.
Bakı və Abşeron yarımadasında "Ayıq sürücü” xidmətinin təkmilləşdirilməsi, sistemləşdirərək müştərilərə daha operativ və keyfiyyətli xidmət göstərilməsi məqsədilə "*5050 ayıq sürücü sifarişi xidməti təsis edilmişdir. Yaxın zamanlarda bu xidmət regionlarda da fəaliyyətə başlayacaqdır.
Tez-tez belə vəziyyətlər olur ki, avtomobil idarə etmək məsuliyyəti həyatın sevincindən tam zövq almağa mane olur. *5050 ayıq sürücü sifarişi xidməti tədbirlərə avtomobilinizlə getmiş olsanız belə, rahat dincəlməyə imkan verən ayıq sürücü xidmətini sizə daha yaxın edir.
Korporativ ziyafət gecəsinə, yaxınların toyu məclislərinə, dostlarınızla həftəsonu əyləncələrinə öz avtomobilinizlə gəlib, daha sonra xidmətimizdən istifadə etməklə təhlükəsiz və rahat şəkildə evinizə qayıda bilərsiniz.
*5050 AYIQ SÜRÜCÜ sifarişi xidməti Bakı və Abşeron yarımadasında 24 saat fasiləsiz xidmət göstərir.
Qısa zamanda və təhlükəsiz şəkildə ünvanda olmaq istəyən müştərilər üçün "5050” şirkəti təcrübəli, peşəkar və operativ sürücülərlə əməkdaşlıq edərək yüksək səviyyəli xidmət göstərir. *5050 - Yalnız peşəkar, operativ və təcrübəli ayıq sürücülərlə əməkdaşlıq edir.
Ayıq sürücülər müştəriləri təhlükəsiz şəkildə ünvana çatdırmaq məqsədi ilə mütəmadi olaraq "5050" komandası tərəfindən yoxlanılır və daimi nəzarətdə saxlanılır. *5050 xidməti yalnız etibarını doğruldan sürücülərlə əməkdaşlıq edir və müştəri rəylərini nəzərə almaqla daha üstün xidmət vəd edir. Müştərilər üçün təhlükəsiz və sürətli gedişlər təmin edən "5050” şirkəti 5 ildən çox təcrübəyə sahib, professional, enerjili və operativ sürücülərlə əməkdaşlıq edir.
*5050 zəng mərkəzinə zəng etməklə və ya telefonunuza "PİLOT ayıq sürücü” tətbiqini yükləməklə 24/7 Bakı, Sumqayıt və Abşeron ərazisində ayıq sürücü sifariş edə bilərsiniz. Sifariş qeydə alındıqdan sonra platforma sürücülərin telefonlarına quraşdırılmış xüsusi sürücü terminalı vasitəsilə olduğunuz ünvana ən yaxın sürücü ilə sizi əlaqələndirir. Sistemli qurulmuş iş sayəsində şəhərdaxili sifarişlərdə sürücü ortalama 7-12 dəqiqə ərzində sifariş ünvanına çatır.
Nəzərə alın ki, ayıq sürücü xidmətinin qiyməti cərimələrdən 10-larla, sərxoş halda baş vermiş qəzaların nəticələrindən yüzlərlə, hətta minlərlə qat daha ucuz, təhlükəsiz və səmərəlidir.
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
Əlaqə: *5050
Veb-sayt: https://5050.az
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
5 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
5 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
5 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
6 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
7 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton




















