ABB “Yaşıl dünya” təşəbbüslərinə dəstək olaraq BMT-nin Qlobal Sazişinə qoşuldu
(®) ABB dayanıqlılıq sahəsində təşəbbüslərinin davamı olaraq BMT-nin Qlobal Sazişinə qoşulub. Bu Saziş biznesin sosial məsuliyyətinin təşviq edilməsi və onun dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunu stimullaşdırır. BMT-nin Qlobal Sazişinə üzv olması Bankın Dayanıqlı İnkişaf Məqsədləri (SDG), eləcə də ekoloji, sosial və korporativ idarəetmə sahələrinin (ESG) təşviqini əhatə edir. Beləliklə, ABB Qlobal Sazişin 10 prinsipinə əməl edəcəyini bəyan etmiş olur.
Xatırladaq ki, ötən il ABB 2022-ci il üzrə beynəlxalq standartlara uyğun hazırlanmış Dayanıqlı İnkişaf Hesabatını da təqdim edib və dayanıqlılıq istiqamətində fəaliyyətini ictimaiyyətlə paylaşıb.
Karbon emissiyasını, kağız, elektrik enerjisi və yanacaq istehlakını azaldıb
2023-cü ildə də ABB yaşıl bankçılıq istiqamətində əhəmiyyətli nəticələr əldə edib. Ötən il müştəri və işçi sayının artmasına baxmayaraq, bankdaxili fəaliyyət nəticəsində ABB ətraf mühitə emissiya olunan karbon qazının həcmini (“Scope 1 & 2”) 5% azaldıb. Beləliklə, ABB karbon emissiyasının həcmini 2023-cü ildə əvvəlki illə müqayisədə hər işçi üzrə 16% azaltmağa nail olub.
Eləcə də, 2023-cü ildə ABB bir müştəri üzrə kağız istehlakını 2022-ci illə müqayisədə 28% azaltmağa nail olub. Həmçinin, Bankın bir əməkdaşı üzrə elektrik enerjisi və yanacaq istehlakında da ötən illə müqayisədə müvafiq olaraq 10% və 16% azalma qeydə alınıb.
ABB ətraf mühitlə bağlı layihələrini də uğurla davam etdirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Visa şirkəti ilə əməkdaşlıq əsasında ölkəmizin ilk ekoloji bank kartı olan TamEco-nu bazara təqdim edib. Bu layihə üzrə ölkə ərazisində 36 000 ağac əkilib.
2023-cü ildə ABB dayanıqlı bankçılığa xidmət edən texnoloji innovasiyaları da geniş tətbiq edib. TamDigi kartının təqdimatı ilə fiziki karta tələb azaldılıb. Rəqəmsal kredit və əmanət məhsullarının təklif olunması ilə fiziki sənəd dövriyyəsinin azaldılmasına zəmin yaradılıb. Qısa müddət ərzində 100 000-dən çox kart plastik və kağız istifadəsi olmadan təqdim edilib. Eləcə də 200 000-dən artıq kredit və 1000-dən çox əmanət müraciəti kağız istifadəsi olmadan tam rəqəmsal formada icra olunub.
BMT-nin dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq gender bərabərliyini qoruyur
ABB gender bərabərliyinin qorunmasına və qadınların karyera inkişafına da xüsusi diqqət ayırır. Son illər ərzində Bankda işə götürülən qadın işçilərin sayında əhəmiyyətli artım tendensiyası qeydə alınıb. Nəticədə 2023-cü ildə ABB-də qadın əməkdaşların sayı əvvəlki illə müqayisədə 15% artaraq 1437 nəfərə çatıb. Rəhbər vəzifələrdə çalışan qadınların sayı isə 33% artımla 108 nəfər təşkil edib.
KSM layihələri ilə dayanıqlı inkişafa töhfə verir
ABB ölkəmizdə təhsilin, idmanın, mədəniyyətin inkişafına dəstək layihələrini də davam etdirməkdədir. 2023-cü ildə ABB Tech Akademiyasının təşkilatçılığı ilə Akademiyanın tələbə və məzunları üçün "Karyera Həftəsi" keçirilib. Bankın müxtəlif ali təhsil müəssisələri ilə tərəfdaşlığı əsasında ayrı-ayrı universitetlərdə də karyera günləri təşkil olunub. İndiyə qədər ABB Tech Akademiyasının 30-dan artıq proqramından 603 nəfər məzun olub. 35%-i ABB-də olmaqla məzunların ümumən 82%-i 130-dan artıq yerli və xarici şirkətdə işə qəbul edilib.
ABB tələbələr arasında “TamGənc Basketbol Liqası”na, Təhsilin İnkişafı Forumuna, DOST Agentliyinin Azərbaycan Banklar Assosiasiyası ilə birgə BDU-da fiziki məhdudiyyətli gənclər üçün təşkil etdiyi “Sərhədsiz istedadlar” sərgi-yarmarkasına da dəstək verib. Bank həmçinin Riyaziyyat sahəsində xüsusi istedada malik gənclər üçün Yay Riyaziyyat Düşərgəsi təşkil edib.
ABB-nin gələcək inkişaf strategiyasında da dayanıqlılıq mövzusu əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub. Bank bu il Azərbaycanın ev sahibliyi edəcəyi, dayanıqlılıq və iqlim dəyişikliyi üzrə qlobal nüfuzlu tədbir olan COP29-da iştirak perspektivlərini də nəzərdən keçirir.
Gələcək planlarının tərkib hissəsi kimi, ABB artıq BMT-nin İqlim Dəyişiklikləri uzrə Çərcivə Konvensiyasının (UNFCCC) maliyyə mexanizmi Yaşıl İqlim Fondu (“Green Climate Fund”) ilə akkreditasiya prosesinə başlayıb. Bu Fondla əməkdaşlıq əsasında yerli bizneslərin dayanıqlı inkişaf istiqamətində təşəbbüslərini maliyyələşdirməyi nəzərdə tutur.
ABB yaxın dövrdə karbon kreditlər, dayanıqlı istiqrazlar və kreditlər kimi yaşıl bankçılıq və dayanıqlı maliyyələşmə ilə bağlı bir çox sahələrdə müştərilərə müxtəlif yeniliklərin təklif edilməsi üçün araşdırmalarını davam etdirir. Həmçinin kağız və digər təbii resurlardan istifadəyə qənaət məqsədilə müxtəlif yeni rəqəmsal və fiziki həllərin tətbiqini hədəfləyən layihələrin icrasını planlaşdırır.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
1 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 1 gün sonra
-
1 gün əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
1 gün əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
1 gün əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
1 gün əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
1 gün əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton





















