“ConsultsPlus”dan yeni layihə: “Risk əsaslı yanaşma” kiçik və orta bizneslər üçün daha əlçatan olacaqdır
Müsahibimiz “ConsultsPlus” MMC-nin təsisçisi Asif Əzizovdur.
- Asif müəllim salam. Ötən müsahibənizdə ““Risk əsaslı idarəetmə sistemini” kiçik və orta bizneslər üçün də əlçatan edəcəyik” kimi fikir səsləndirmişdiz. Bu günlərdə təqdim etdiyiniz yeni layihə həmin fikri hansı həddə əhatə etmiş olur? Ümumiyyətlə “Business Powerbank” nədir, bu barədə sizdən eşitmək istərdik.
- Salam, müsahibəyə və suala görə təşəkkür edirəm. Bəli, düz buyurusuz, ötən müsahibəmizdə də risk əsalı yanaşmanı real sektora çatdırmaq istəyimizlə bağlı fikirlər səsləndirmişdik. Bu heç də təsadüfi deyildi. Həmin dövrlərdə biz artıq “Business Powerbank” layihəsinin üzərində çalışırdıq. Budur, “Business Powerbank” layihəsi artıq yekunlaşıb və biznes ictimaiyyətində təqdim edirik. Bu layihə real sektor üçün effektiv idarəetmə və risk əsaslı yanaşmanı daha əlçatan etmiş olacaqdır.
Belə ki, “Business Powerbank” layihəsi özündə həm biznes əməliyyat sistemini və həmçinin də risklərin idarə edilməsi sistemini birləşdirir. Yəni bu layihəyə qoşulmuş sahibkar biznesinin sürətlə böyüməsini və eyni zamanda risklərə qarşı dayanıqlı olmasını təmin etmiş olacaqdır.
- Bəs bu necə baş verəcəkdir? Daha ətraflı necə məlumat əldə etmək olar?
- Qısa olaraq onu deyim ki, biznesin sürətli böyüməsi və dayanıqlı olması üçün bəlli addımlar atılmalıdır. Bu addımlar sahibkarın rolunun müəyyən olunmasından tutmuş, binzesin strukturlaşdırılması, maliyyə, satış, marketinq, risklərin idarə edilməsi və s. istiqamətləri əhatə edir. Qeyd olunan funsiyaların hər hansı birinin və ya bir neçəsinin olmaması, düzgün qurulmaması biznesin axsamasına və ya hər zaman problemlər içində olması ilə nəticələnir. “Business Powerbank” özündə mərhələli şəkildə bu addımların qurulmasını ehtiva edir.
“Business Powerbank”a qoşulmuş hər bir biznesin diaqnostikası aparılır, inkişaf/transfomrasiya planı müəyyən olunur və sahibkar ilə razılaşdırılır. Transformasiya prosesi biznes sahibinin birbaşa iştirakı ilə aparılır.
Müsahibə məhdud olduğu üçün “Business Powerbank” barədə detallara getmək fürsətimiz yoxdur və burada kifayətlənmək istəyirəm. Bununla belə, oxucularımızı yaxın günlərdə baş tutacaq ödənişsiz Master Klasa dəvət edirəm. Orada düzgün idarəetmə sistemi, biznesin strukturlaşması, proseslərin optimallaşdırılması, risk əsaslı yanaşma və ümumi olaraq “Business Powerbank” barədə daha detallı danışmaq və biznes sahiblərinin suallarını cavablandırmaq fürsətimiz olacaq.
- “Business Powerbank” kimlər üçün nəzərdə tutulur?
- “Business Powerbank” biznesini sürətli böyütmək, sistemli inkişaf etdirərək yeni mərhələyə daşımaq və eyni zamanda mümkün risklərə qarşı dayanıqlığını təmin etmək istəyən sahibkarlar üçün bir vasitədir. Bu layihəyə ölçüsündən, fəaliyyət müddətindən, inkişaf mərhələsindən asılı olmayaraq istənilən ekoloji biznes qoşula bilər. Qoşulma isə çox sadədir. İstənilən şəxs ConsultsPlus saytı üzərindən müraciət edə və ya ödənişsiz Master-Klass qatılmaqla həm ətraflı məlumat əldə edib Business PowerBanka qoşula bilər.
- Sonda, Business PowerBank ilə bağlı gələcək planlarınız barədə soruşmaq istəırdik?
- “Business PowerBank” praktik bir layihədir. Praktik olduğu kimi də uğurlu olacağına inanırıq. “Business PowerBank” xidmətini ilk olaraq yerli bazar iştirakçılarına təqdim etməyi hədəfləyirik. Orta perspektivdə isə ölkə hüdudlarından kənara çıxacağımıza əminik.
- Maraqlı müsahibəyə görə təşəkkür edirəm.
- Mən təşəkkür edirəm, çox sağolun.
Video 1: https://youtu.be/8h-FJlyP4Aw?si=x9mJrk03UwYfI_j6
Video 2: https://youtu.be/pkn9AyAnYss?si=XyMe08RRzaHCK7lT
Ödənişsiz Master Klassa qeydiyyat: https://consultsplus.com/business-powerbank/#step-1
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
11 saat sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 17 saat əvvəl
-
1 gün əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
1 gün əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
1 gün əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 25-də gözlənilən hava şəraiti
AZAL-ın sədrindən aviabiletlərin qiymətləri barədə açıqlama
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb






.jpg)
.jpg)








.jpg)






