Ötən il "Kapital Bank"da kartdan karta köçürmələr 15 milyard manata yaxın olub
2023-cü ildə "Kapital Bank"da kartdan karta köçürmə əməliyyyatlarının ("card to card") həcmi 14 milyard 898,7 milyon manata çatıb.
Bu barədə bankdan bildirilib.
Məlumata görə, "card to card" köçürmələrinin həcmi 2023-cü ilin ilin əvvəlindən artmaqda davam edir. Bu əməliyyatların aylıq həcmi ötən ilin may ayında 1 milyard manatı, 2023-cü ilin dekabr ayında isə 2 milyard manatı ötüb. Ən yüksək aylıq göstərici isə bu ilin mart ayında qeydə alınıb. Bir ayda "Kapital Bank"da sözügedən əməliyyatların həcmi 2 milyard 74,6 milyon manata kimi artıb.
Bu ilin yanvar-aprel aylarında isə bankda "card to card" əməliyyatlarının həcmi 7 milyard 571 milyon manata yüksəlib.
"Kapital Bank"da həmçinin, mobil nömrələr üzərindən köçürmələrin həcmi artır. 2023-cü ildə bu köçürmələrin həcmi 139,7 milyon manat təşkil edib. Bu ilin yanvar-aprel aylarında isə mobil nömrə üzərindən köçürmələr 65,4 milyon manata bərabər olub.
© APA
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
1 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 1 gün sonra
-
1 gün əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
1 gün əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
1 gün əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
1 gün əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
1 gün əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton
























