"AQTA yem və preparatları ölkəyə buraxmır, quşçuluq şirkətləri iflas ola bilər" - AÇIQLAMA
Azərbaycanda yumurta və toyuq ətinin bahalaşmasına səbəb ola biləcək problemlər yaranıbAzərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) sahibkarlarla AQTA arasında yaranan problemlə bağlı açıqlama yayıb.
Assosiasiyadan Marja-ya daxil olmuş açıqlamada bildirilir:
"Azərbaycan quşçuluq təsərrüfatları ölkənin ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Əhalinin qida rasionunda kifayət qədər yüksək paya malik yumurta və toyuq əti istehsalında davamlı artımı təmin etmək üçün quşçuluq təsərrüfatları investisiyaları artırmalı, müasir texnologiyaların tətbiqini genişləndirməlidirlər. Lakin hazırda bir sıra ciddi problemlər təsərrüfatların bu fəaliyyətləri icra etməsinə imkan vermir. Bu problemlər ən qısa müddətdə həllini tapmazsa, ölkəmizdə ərzaqlıq yumurta və toyuq əti istehsalında tənəzzül qaçılmaz olacaq. Bu isə qiymətlərin bahalaşmasına, hər iki məhsullar təminatda idxaldan asılılığın yaranmasına gətirib çıxaracaq.
Belə ki, quşçuluq sahəsində istehsal prosesi üçün həyati əhəmiyyət kəsb edən yem və yem qatqıları, preparatlardemək olar ki, bütünlüklə xaricdən idxal olunur. Uzun illərdir Azərbaycan quşçuluq təsərrüfatları bu məhsulları Çinin dünyada tanınan şirkətlərindən alırlar.
Son altı ayda Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyi (AQTA) “Qida təhlükəsizliyi haqqında” qanuna istinad etməklə, təsərrüfatların xaricdən aldığı külli miqdarda yem əlavəsini istehsalçı şirkətin qeydiyyatı olmadığını əsas gətirib sərhəddən ölkəyə buraxmır. Bizi narahat edən əsas məsələ budur ki, Agentlik Avropa və MDB-də istehsal olunan qatqılara qeydiyyat tələb etmir, amma Çin və Türkiyə istehsallı məhsullara belə qeydiyyatı tələb edir. Halbuki yem qatqılarının əsas istehsalçısı Çin və Türkiyədir, əksər Avropa istehsalçıları baza komponentləri Çindən alaraq, müəyyən əlavələr edib bizim bazarlara satırlar.Bura L-Lysine HCL, L-Threonine, Cholıne Chlorıde və digərləri aiddir. Avropa şirkətləri bu maddələri əsasən Çindən alaraq, müəyyən qatqılar əlavə edib digər ölkələrə satırlar.
AQTA belə ayrı-seçkilik qoymaqla yanaşı, istinad etdiyi “Qida təhlükəsizliyi haqqında” qanun qüvvəyə minməzdən əvvəl idxalına icazə verdiyi qatqıları da ölkəyə buraxmır. Halbuki ölkəmizdə qanunun geriyə qüvvəsi yoxdur.
Digər tərəfdən, Agentlik tələb edir ki, istehsalçı Avropa şirkəti olsun, Bolqarıstan da Avropa ölkəsidir, oradan gətirilənləri də buraxmır. Türkiyədən idxala da ayın 1-dən qadağa qoyub, heç bir şirkətə xəbərdarlıq edilmədən. Oradan mal alıb gətirilib, sərhəddən buraxılmır.
AQTA tələb edir ki, ya alınan maddələrin istehsalçıları Azərbaycanda qeydiyyatdan keçsin, ya da təsərrüfatlar qeydiyyatı tələb olunmayan şirkətlərin məhsullarını alıb gətirsinlər. Əvvəla, qeydiyyat üçün ödəniləcək rüsum çox yüksəkdir və onu ödəyən şirkət xərcini bizə satdığı məhsulu bahalaşdırmaqla çıxaracaq. Yəni faktiki olaraq bu məbləği biz ödəyəcəyik.
İkincisi, şirkətlərin qeydiyyatını gözləyənə, yaxud yeni məhsulu tapıb, müqavilə bağlayıb alıb gətirənə qədər azı 2 ay vaxt keçəcək. Hətta bu zaman da onların ölkəyə buraxılacağına təminat yoxdur. Üstəlik, bu uzun müddətdə təsərrüfatlar quşlara zəruri qatqıları verə bilməyəcəklər ki, bu da istehsalda fasilənin yaranmasına, həcmin azalmasına və ölkə bazarında həm yumurta, həm də toyuq əti qıtlığına səbəb olacaq.
Bütün bunları nəzərə alaraq, quşçuluq təsərrüfatları istehsalda fasilə yaranmaması üçün AQTA-nın idxalına icazə vermiş olduğu maddələrin ölkəyə buraxılmasını və istehsalçılara çatdırılmasını təklif edir. Bu, təsərrüfatlara zərər vurmadan AQTA-nın irəli sürdüyü tələblərə uyğunlaşmanı təmin edə bilər.
Eyni zamanda hesab edirik ki, hansı maddələrin Azərbaycana idxalına icazə verilib, hansılara verilməməsi məsələsi qanunda tam dəqiq əksini tapmalıdır. Bu, sahibkarların öz biznesini planlaşdırması, zəruri malların vaxtında alınıb-gətirilməsi, dövlət qurumlarının qanunvericilikdəki boşluqlardan sui-istifadə etməsinin qarşısını almaq baxımından son dərəcə vacibdir. Bu gün sahibkarlar xaricdən mal alıb gətirəndə istinad etməyə dəqiq hüquqi baza tapa bilmirlər.
Daha bir narahatedici məsələ budur ki, hazırda AQTA-nın quşçuluq təsərrüfatlarından tələb etdiyi analiz, ekspertiza və sair fəaliyyətlər üçün tətbiq olunan rüsumlar bir təsərrüfata il ərzində ödədiyi vergilərdən daha yüksək məbləğdə xərc yaradır. Biz faktiki olaraq, ödədiyimiz vergilərdən daha yüksək məbləğdə vəsaiti AQTA-nın xidmətləri üçün ödəməli oluruq. Bu isə kifayət qədər ağır maliyyə yüküdür və bu yük getdikcə artırılır.
Buna görə də hökumətimizdən bu məsələyə diqqət yetirilməsini, AQTA-nın tətbiq etdiyi rüsumların göstərilən xidmətə adekvatlığı, xüsusilə də quşçuluq təsərrüfatları üçün yaratdığı maliyyə yükünün gəlir əmsalına adekvatlığı ilə bağlı araşdırmanın aparılmasını xahiş edirik".
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
7 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
8 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
8 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
8 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
9 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton
























