"AFB Bank" 9 ayı xalis mənfəət ilə başa vurub
"AFB Bank" ASC 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 2 milyon 127 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin 9 ayını 6 milyon 293 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalması, əsasən , bu il mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara vəsait ayrılması ilə əlaqədardır. 2024-cü ilin yanvar-sentyabr dövründə "AFB Bank"ın kredit portfeli böyüyüb, gəlirləri artıb.
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "AFB Bank"ın faiz gəlirləri 2023-cü ilin 9 ayında 14 milyon 925 min manat ikən, 2024-cü ilin 9 ayında 16 milyon 973 min manat təşkil edib (2 milyon 48 min manat və ya 13,7% artıb).
"AFB Bank"ın qeyri-faiz gəlirləri isə 203 min manat artaraq 6 milyon 559 min manat olub (Bank 2023-cü ilin 9 ayında 6 milyon 356 min manat qeyri-faiz gəlirləri əldə etmişdi).
2024-cü ilin 9 ayı ərzində "AFB Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 23 milyon 531 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 19 milyon 487 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 4 milyon 44 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 1 milyon 917 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb,
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin 9 ayı ərzində "AFB Bank"ın cəmi əməliyyat gəlirləri 21 milyon 281 min manat, cəmi əməliyyat xərcləri 16 milyon 934 min manat, əməliyyat mənfəəti 4 milyon 347 min manat təşkil etmişdi. Həmçinin mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 1 milyon 945 min manat mənfəətə əlavə olumuşdu. Bu səbəbdən Bankın xalis mənfəəti daha yüksək olmuşdu.
Cari ilin 9 ayı ərzində "AFB Bank"ın cəmi əməliyyat gəlirlərinin 2 milyon 250 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 2 milyon 553 min manat artıb.
BİZNES KREDİTLƏRİ PORTFELİ 100 MİLYON MANAT HƏDDİNİ KEÇİB
2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində "AFB Bank"ın cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 11 milyon 941 min manat və ya 6,6% artaraq 30 sentyabr 2024-cü il tarixində 191 milyon 992 min manata çatıb. O cümlədən, Bankı biznes kreditləri portfeli 5 milyon 174 min manat artaraq 101 milyon 399 min manata, ipoteka kreditləri portfeli 8 milyon 555 min manat artaraq 70 milyon 374 min manata yüksəlib, istehlak kreditləri portfeli isə 1 milyon 789 min manat azalaraq 20 milyon 218 min manata düşüb.
30 sentyabr 2024-cü il tarixində "AFB Bank" ASC 312 milyon 996 min manat cəmi aktivlərə və 151 miylon 777 min manat depozit portfelinə malik olub.
30 sentyabr 2024-cü il tarixində Bankın məcmu kapitalı 73 milyon 467 min manat təşkil edib.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
1 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 1 gün sonra
-
1 gün əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
1 gün əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
1 gün əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
1 gün əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
1 gün əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton























