“Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti kəskin artıb
Türkiyənin dövlət bankı “Ziraat Bankası”nın ölkəmizdə törəmə bankı olan “Ziraat Bank Azərbaycan” ASC 2024-cü ili 14 milyon 505 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ili 8 milyon 513 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, “Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti 2024-cü ildə 5 milyon 992 min manat və ya 70,4% artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, ötən il “Ziraat Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 16 milyon 421 min manat və ya 28,3% artaraq 74 milyon 358 min manat təşkil edib.
Ötən il Bankın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) isə 9 milyon 6 min manat və ya 27,3% artaraq 42 milyon 19 min manat təşkil edib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
Gəlirlərdəki artım xərclərdəki artımdan 7 milyon 415 min manat daha çox olduğundan, “Ziraat Bank Azərbaycan”ın əməliyyat mənfəəti bir o qədər artaraq 32 milyon 338 min manat təşkil edib. 2023-cü ildə “Ziraat Bank Azərbaycan”ın əməliyyat mənfəəti 24 milyon 923,5 min manat olmuşdu.
“Ziraat Bank Azərbaycan” ötən ilin əməliyyat mənfəəətindən 14 milyon 26 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb (2023-cü ildə 14 milyon 283 min manat ayırmışdı).
BANK DAHA DA BÖYÜYÜB
Keçən il “Ziraat Bank Azərbaycan”ın cəmi aktivləri 284 milyon 441 min manat və ya 44,7% artaraq 921 milyon 126 min manata çatıb. O cümlədən, Bankın kredit portfeli (müştərilərə verilən kreditlər) 138 milyon 771 min manat və ya 35,5% artaraq 529 milyon 714 min manata yüksəlib.
2024-cü ildə “Ziraat Bank Azərbaycan”ın depozit portfeli 154 milyon 232 min manat və ya 37,5% artaraq 565 milyon 654 min manata çatıb. Bankda hüquqi şəxslərin depozitləri daha böyük məbləğdə artıb.
MƏCMU KAPİTALI DA ARTIB
31 dekabr 2024-cü il tarixində “Ziraat Bank Azərbaycan” ASC 127 milyon 678 min manat məcmu kapitala malik olub. Bank 2023-cü ilin sonunda 111 milyon 601 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 1 gün sonra
-
19 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
19 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
20 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
20 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 20 saat əvvəl
-
21 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
21 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton
























