“Yapı Kredi Bank Azərbaycan” 2024-cü ili 12,4 milyon manat mənfəətlə başa vurub
"Yapı Kredi Bank Azərbaycan" QSC 2024-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, ötən ili uğurla bitirən bankın xalis mənfəəti artaraq 12.4 milyon manat təşkil edib.
Qeyd edilib ki, bu il, bank üçün xüsusi əhəmiyyət kəsb edir, çünki Yapı Kredi Bank Azərbaycan bu il 25 illik fəaliyyətini qeyd edir. Yapı Kredi Bank Azərbaycan, 25 illik fəaliyyət dövrü ərzində müştəri məmnuniyyətini ön planda tutaraq, iqtisadi inkişafa dəstək verməyə davam etmişdir. Bank, innovativ xidmətləri və güclü maliyyə göstəriciləri ilə Azərbaycan iqtisadiyyatına verdiyi töhfəni artıraraq gələcəkdə də davamlı inkişafını təmin etməyi hədəfləyir.
Ötən il ilə müqayisədə bankın faiz gəlirləri 31% artaraq 46 milyon manat, qeyri-faiz gəlirləri 11% artaraq 26 milyon manat təşkil edib. Ümumilikdə bankın xalis faiz gəliri 20% artaraq 40 milyon manat olmuşdur.
Bankın istehlak və biznes kreditlərinə olan müştəri marağı maliyyə göstəricilərində özünü göstərmişdir. Belə ki, keçən ilin sonu ilə müqayisədə bankın ümumi kredit portfeli 9% artmış və 318 milyon manat təşkil etmişdir; biznes kreditləri portfeli 188 milyon manat olduğu halda,, müştərilərin ehtiyaclarını nəzərə alaraq təklif edilən istehlak kreditləri portfeli 20% artaraq 82 milyon manat olmuşdur. Daşınmaz əmlak kreditləri 37% artaraq 48 milyon manat təşkil edib.
Depozit portfeli 46% artaraq 535 milyon manat, hüquqi şəxslərin depozitləri 55% artaraq 428 milyon manat, fiziki şəxslərin depozitləri 19% artaraq 107 milyon manat təşkil etmişdir.
2024-cü ilin göstəricilərinə əsasən Yapı Kredi Bank Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir. Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 17%, məcmu kapitalının adekvatlıq əmsalı isə 21% olmuşdur.
Bankın tutulmalardan sonra məcmu kapitalı 88 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, minimum məcmu kapital norması 50 milyon manatdır.
Əsas səhmdarları Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 1 gün sonra
-
18 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
18 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
18 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
19 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 19 saat əvvəl
-
19 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
20 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton























