Ötən il ən böyük neft şirkətlərinin mənfəəti azalıb, 2025-ci ildə daha da azala bilər
Dünyanın səkkiz ən böyük neft şirkətinin 2024-cü ildə xalis mənfəəti 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16 faiz azalaraq təxminən 217,65 milyard dollara düşüb.
Marja.az xəbər verir ki, 8 neft şirkətinin balans hesabatlarından toplanan məlumatlara görə, ABŞ-ın ExxonMobil və Chevron, Hollandiyanın Royal Dutch Shell, Böyük Britaniyanın BP, Fransanın TotalEnergies, İtaliyanın Eni, Norveçin Equinor və Səudiyyə Ərəbistanının milli neft şirkəti Saudi Aramco-nun ümumi mənfəəti keçən il 2023-cü illə müqayisədə təxminən 16 faiz azalıb.
Ötən il Saudi Aramco 106,20 milyard dollar, ExxonMobil 33,68 milyard dollar, Shell 23,72 milyard dollar, BP 8,91 milyard dollar, Chevron 17,66 milyard dollar, Eni 2,89 milyard dollar, Equinor 8,83 milyard dollar və TotalEnergies 15,76 milyard dollar xalis mənfəət əldə etdiyini açıqlayıb.
Belə ki, 2023-cü illə müqayisədə Saudi Aramco 12,4 faiz, ExxonMobil 6,5 faiz, Shell 16 faiz, BP 35,6 faiz, Chevron 17,4 faiz, Eni 44,5 faiz, Equinor 25,8 faiz və TotalEnergies 26,3 faiz az xalis mənfəət əldə edib.
2023-cü ildə Saudi Aramco 121,30 milyard dollar, ExxonMobil 36,01 milyard dollar, Shell 28,25 milyard dollar, BP 13,84 milyard dollar, Chevron 21,37 milyard dollar, Eni 5,21 milyard dollar, Equinor 11,90 milyard dollar və TotalEnergies 21,8 milyard dollar xalis mənfəət əldə etmişdi.
Rusiyanın ən böyük neft şirkəti “Rosneft” 2024-cü il üzrə mənfəət nəticələrini açıqlayıb. "Rosneft"in xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 14,4 faiz azalaraq 1,08 trilyon rubla (təxminən 12,7 milyard dollar) düşüb.
Beləliklə, 2023-cü ildə təxminən 259,27 milyard dollar xalis mənfəət əldə edən şirkətlər keçən il orta hesabla 217,65 milyard dollar xalis mənfəət əldə ediblər.
Neft şirkətlərinin mənfəəti 2025-ci ildə daha da azala bilər
Norveçdə yerləşən müstəqil tədqiqat təşkilatı "Rystad Energy"nin baş vitse-prezidenti Xorxe Leon qiymətləndirməsində, 2024-cü ildə şirkətlərin mənfəətlərinin azalmasının iki əsas səbəbi olduğunu bildirib.
Xam neft qiymətlərində müşahidə edilən enişin şirkətlərə mənfi təsir etdiyini qeyd edən Leon, "Neft qiymətləri xüsusilə 2024-cü ilin ikinci yarısında əvvəlki ilin eyni dövrü ilə müqayisədə düşüb. 2023-cü ildə 83 dollar civarında olan Brent markalı neftin barrel qiymətinin keçən il 80 dollardan aşağı düşməsi şirkətlərin gəlirlərinə mənfi təsir edib" deyib.
Bu dövrd neft məhsullarından əldə edilən qazancın da azaldığına diqqət çəkən Leon, "2024-cü ildə neft emalı zavodlarının marjlarının əvvəlki ilə nisbətən azalması da keçən il şirkətlərin daha az qazanc əldə etməsinə səbəb olub" deyib.
Bu il neft qiymətlərinin keçən ilə nisbətən düşməsinin gözlənildiyinə diqqət çəkən Leon, "Neft qiymətlərinin bu il orta hesabla 75 dollar civarında, keçən ilki səviyyələrdən aşağı düşəcəyini gözləyirik. Bu səbəbdən böyük neft şirkətlərinin gəlirlərinin bu il keçən ilə nisbətən daha da aşağı olması sürpriz olmayacaq" əlavə edib.
"Neftin qiyməti gələcəkdə yenidən 75 dollara qədər yüksələ bilər"
"Kpler" beynəlxalq məlumat analitika şirkətinin baş neft eksperti Homayoun Falakşahi də bildirib ki, bu il neft qiymətlərindəki eniş yüksək hasilat və nisbətən zəif tələblə bağlıdır.
Qiymətlərə yuxarıya doğru təsir edən amillərin də olduğuna diqqət çəkən Fəlakşahi belə davam edib:
"OPEC+ qrupunun hasilatın artımını tarazlaşdırmaq planlarının işə yaradığını söyləmək mümkündür. Bundan başqa, ABŞ prezidenti Donald Trampın İranın neft ixracına artan təzyiqi digər alıcıların panikasına və İrandan neft alışlarının azalmasına səbəb ola bilər. Bu vəziyyət İran Milli Neft Şirkətini ortamüddətli perspektivdə hasilatı azaltmağa məcbur edə bilər".
Mövsümi tələb artımının yay mövsümündə də qiymətlərə təsir edəcəyini vurğulayan Fələkşahi bunları qeyd edib:
"Ola bilsin ki, yaxın 2-3 ay ərzində neftin qiyməti yenidən 75 dollara çatsın, lakin hazırda bu həddi keçmək çətin görünür. Bu ilin üçüncü və dördüncü rübündə qiymətlərin yenidən indiki səviyyəyə və ya 70 dollardan aşağı düşməsi ehtimalı var. Bunun əsas səbəbi bazar əsaslarının zəif qalmasıdır".
Hazırda Brent neftinin qiyməti 72 dollar səviyyələrindədir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
1 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 1 gün sonra
-
21 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
21 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
21 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
21 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 21 saat əvvəl
-
22 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
22 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton





















