Azərbaycan bankı Avropa bankından 10 milyon dollar əlavə kredit aldı
AccessBank Azərbaycanda MKOS-ların dəstəklənməsi məqsədilə AYİB-dən 10 milyon ABŞ dolları həcmində əlavə maliyyələşdirmə aldıAzərbaycanda mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi sahəsində aparıcı maliyyə institutlarından biri olan AccessBank, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə mövcud kredit xəttini uğurla genişləndirərək, əlavə 10 milyon ABŞ dolları məbləğində ikinci tranşı əldə etdiyini elan edib.
Bankın yaydığı məlumatda bildirilir ki, bu vəsait ölkə üzrə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi və inkişafına yönəldiləcək.
"Yeni maliyyələşdirmə AccessBank-ın Azərbaycanda davamlı iqtisadi inkişafın vacib qüvvələrindən biri kimi rolunu daha da gücləndirəcək və yerli sahibkarların maliyyə resurslarına çıxış imkanlarını genişləndirəcək", -məlumatda bildirilir.
“Mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi AccessBank-ın strateji prioritetlərindən biridir. AYİB-dən əldə olunan bu yeni maliyyələşdirmə bizə, xüsusilə də MKOS kreditlərinə artan tələbat fonunda, müştərilərimizin kapitala çıxış imkanlarını daha da genişləndirməyə imkan verir. AYİB ilə uzunmüddətli tərəfdaşlığımızdan qürur duyuruq. Əməkdaşlığımız ortaq dəyərlər və davamlı iqtisadi inkişafa sadiqlik üzərində qurulub,” – deyə AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.
Vurğulanıb ki, AYİB-in maliyyə dəstəyi, həmçinin, inklüziv iqtisadi artımın təşviqinə və Azərbaycanda özəl sektorun rolunun gücləndirilməsinə xidmət edir. Bu tərəfdaşlıq hər iki qurumun – sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin yaradılması və regionda maliyyə dayanıqlığının artırılması istiqamətindəki ortaq səylərini əks etdirir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 2 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 7 saat əvvəl
-
7 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb























